Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:30

"Qaz və işıq pulu arta bilər"


►Azərbaycan hökuməti gələn il vergi və tariflərdə artım planlaşdırır.

Bu, 2016-cı ilin dövlət büdcəsi zərfində nəzərdə tutulub. Büdcə sənədində vergi güzəştlərinə yenidən baxılacağı, onların məhdudlaşdırılacağı və ya ləğv ediləcəyi göstərilir. Hökumət sadələşdirilmiş vergiləri də təkmilləşdirmək istəyir.

Dövlət dotasiyalarının mərhələlərlə aradan qaldırılması məqsədilə tariflər (qiymətlər) iqtisadi baxımdan əsaslandırılmış xərclərə uyğunlaşdırılacaq.

Büdcə zərfində başqa önəmli məqamlar da əksini tapıb:

- tariflərin (qiymətlərin) dövlət tənzimlənməsi üzrə qanunvericilik bazası təkmilləşdiriləcək;

- dövlət tənzimlənməsi tətbiq olunan sahələr liberallaşdırılacaq;

- dövlət orqanları tərəfindən pullu və gələcəkdə pulsuz göstərilməsi mümkün olan xidmət sahələri müəyyənləşdiriləcək, bu xidmətlərin maliyyələşdirilməsi ilə bağlı mövcud problemlərin aradan qaldırılması üçün təşkilatı-hüquqi və maliyyə tədbirləri gerçəkləşdiriləcək;

- tarifləri (qiymətləri) tənzimlənən mallar (işlər, xidmətlər) üzrə monitorinq prinsipləri və tənzimləmə sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirləri müəyyənləşdiriləcək;

- Tarif (qiymət) Şurasının maddi-texniki və təşkilati-hüquqi bazası təkmilləşdiriləcək, tariflərin (qiymətlərin) tənzimlənmə strategiyasının, sahəvi tənzimləmə metodologiyasının, avtomatlaşdırılmış məlumat-informasiya bazasının yaradılmasına üstün diqqət yetiriləcək.

Buna da bax: Bu necə taksi dayanacağıdı?

Aksiz və sadələşdirilmiş vergi artırıla bilər

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, birbaşa vergilərdə, yəni əhalinin gəlir və şirkətlərin mənfəət vergisində dərəcələrin artımı gözlənilmir:

İndiki halda “Azərenerji” və “Azərsu”nun maliyyə vəziyyəti elədir ki, onlar da Tarif Şurasına müraciət hazırlamağa həvəslənə bilərlər.

“Sadələşdirilmiş vergidə dəyişiklər nəzərdə tutulur. Odur ki, patent vergi sistemini təklif olaraq yenidən səsləndirmək yerinə düşərdi. Vergi və gömrük güzəştlərinin ləğvi və məhdudlaşdırılması nəzərdə tutulur. Aksiz dərəclərinin artırılması da gözləniləndir”.

“Qaz, işıq və su pulu artırıla bilər”

Tariflərə gəlincə, ekspert deyir ki, ilk növbədə kommunal xidmətlərin qiyməti artırıla bilər:

“Bununla yanaşı, nəqliyyatda, xüsusən metroda gedişhaqqı artırıla bilər. Çünki Baki metropoliteni büdcədən subsidiya alır. Elektrik və su tariflərinin də artırılacağı istisna deyil. Çünki indiki halda “Azərenerji” və “Azərsu”nun maliyyə vəziyyəti elədir ki, onlar da Tarif Şurasına müraciət hazırlamağa həvəslənə bilərlər”.

XS
SM
MD
LG