Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:49

Zakir Qaralov QHT-lərə müraciət etdi


Zakir Qaralov
Zakir Qaralov

-

«Təəssüflər olsun ki, bəzi qeyri-hökumət təşkilatları Azərbaycan qanunlarına hörmətlə yanaşmır».

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov bildirib.

Baş prokurorun dediyinə görə, bəzi QHT-lər rəsmi olaraq qeydiyyatdan keçmir, aldığı pullar barədə dövlət qurumlarına məlumat vermirlər.

Z.Qaralov bildirib ki, xarici KİV orqanlarında çalışan jurnalistlər müvafiq müqavilələr bağlamır:

«Bəzi QHT-lərin aldığı qrant vəsaitləri verilən məlumatda göstəriləndən qat-qat yüksək olur. Ona görə də mənim bütün QHT-lərə və jurnalistlərə müraciətim ondan ibarətdir ki, Azərbaycan qanunlarına hörmətlə yanaşsınlar. Mövcud qanunvericiliyin tələblərini pozmasınlar. Onlar havadarları vasitəsilə korrupsiya sxemlərinə davam edəcəklərsə, sözsüz ki, qanun qarşısında cavab verəcəklər».

Ötən ilin avqustunda Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatları, xarici QHT-lərin filial və nümayəndəliklərinə qarşı CM-nin 308.1 və 313-cü maddələri ilə cinayət işi açılıb. Baş Prokurorluq bunu onların fəaliyyətindəki qanun pozuntuları ilə izah edir.

Bəzi QHT-lərin bank hesabına həbs qoyulub, bununla da onların fəaliyyəti donub.

XS
SM
MD
LG