Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:30

Sürəti 10 km aşanda da radara düşəcəksiz


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

İndiyədək qanunvericilikdə nəzərdə tutulan sürət həddini 10-20 km aşmağa görə cərimə tətbiq olunmurdu. Yəni, bu qayda pozuntusuna görə radara düşənə rast gəlinmirdi. Amma son günlər bu qəbildən olan radar bildirişləri alan sürücülərin sayı artdığı üçün avtosfer.az bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsindən münasibət öyrənib.

İdarənin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib ki, həqiqətən də son günlər yollarda müəyyən edilmiş sürət həddini 10 km-dən artıq aşanları da radar çəkir və sürücünün ünvanına müvafiq məktub göndərilir. Eyni zamanda, bununla bağlı sürücülərə «ASAN xidmət»in məlumat mərkəzindən SMS göndərilir: «Məlum olduğu kimi, bu məsələ ilə bağlı müvafiq sərəncam da verilib. Artıq «ASAN xidmət»in SMS-məlumat sistemi işə düşüb. Yollardakı radarları da elə qurublar ki, sürücü nəzərdə tutulmuş sürət həddini 10 km-dən artıq aşan kimi radar qurğuları onu qeydə alır və cərimə tətbiq olunur. Odur ki, sürücülər diqqətli olsunlar və sürət həddini aşmasınlar».

Sürət həddini 10-20 km aşmanın cəriməsi 10 manatdır.

XS
SM
MD
LG