Guardian: Rusiyanın Suriyaya müdaxiləsi, durumu qızışdıra bilər
“The Guardian” qəzeti yazır ki, Moskvanın Suriyaya müdaxiləsi münaqişənin həllinə kömək əvəzinə, onu daha da qızışdıra bilər. Belə ki, regional ölkələr üsyançı qruplara pul, silah və digər dəstək verməklə, əslində rəqibləri İranla nüfuz savaşına girişiblər.
“Rusiyanın müdaxiləsi Qatar, Səudiyyə Ərəbistanı və Türkiyə kimi müxalifəti dəstəkləyən ölkələr üçün böyük geriləmədir və yəqin ki, münaqişənin genişlənməsinə gətirəcək güclü reaksiya doğuracaq,” Avropa Xarici Əlaqələr Şurasının aparıcı mütəxəssisi Julien Barnes-Dacey belə deyir. Mətbuat icmalı
Kim ki, 200 il yaşamasa...
Araşdırmalar göstərir ki, bəzi heyvanlar ömürlərini uzatmağın yolunu çoxdan tapıblar. Onların «cavanlıq eliksiri» biz insanlara da uzun və sağlam yaşamağın sirrini aça bilər. «BBC Future» elm adamlarının son axtarışlarını çatdırır.
İmişlidə imza kampaniyasında qarşıdurma
Namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş, sabiq deputat İltizam Əkbərlinin imza vərəqələrindəki imzaları yoxlamalı olan ekspertlərdən biri İşçi Qrupunun yoxlamasında iştirakdan imtina edib. Onu əvəz edən digər ekspert özünü pis hiss edib və əraziyə təcili yardım çağırılıb. Bundan bir qədər sonra isə DSK binası önündə namizəd və tərəfdarları polisin hücumuna məruz qalıb.
Nazir: "Sosial öhdəliklər əvvəlki illərdəki kimi ödəniləcək"
Maliyyə naziri Samir Şərifov: " bütün sosial öhdəliklərimiz, bütün sosial proqramlarımız: pensiya təminatları, sosial müavinətlərin verilməsi, əmək haqları, təqaüdlər və s. əvvəlki illərdə olduğu həcmdə ödəniləcək. Bununla əlaqədar hər hansı narahatçılığa səbəb yoxdur".