Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:32
Cəmil Həsənli 2014
Cəmil Həsənli 2014

AzadlıqLive - Cəmil Həsənli:"Müxalifətə yer verilməyəcək"

Azərbaycanda və dünyada baş verən xəbər və hadisələr

Azərbaycanda və dünyada baş verən xəbər və hadisələr

20:42 8.10.2015

Facebook-da yazdığına görə məhkəməyə vermək olarmı?

“Nikoil Bank” hüquqşünas, bank üzrə mütəxəssis Əkrəm Həsənovu məhkəməyə verib, bankla bağlı paylaşdığı fikrinə görə. Əkrəm Həsənov Facebookda “Əmanətimi hansı banka qoyum?” adlı yazıda öz fikrini yazıb ki, banklara əmanət qoymaq təhlükəlidir. Ən təhlükəli banklar qismində isə Rusiyaya mənsubluq meyarına görə VTB və “Nikoil Bank” göstərilib. Nikoil Bank isə hesab edir ki, bu yazı onun işgüzar nüfuzunu ləkələyib, zərər vurub, nəticədə əmanətçilər əmanətlərini çıxarmağa başlayıb və bu proses indi də davam edir.

İqtisadçı ekspert Natiq Cəfərlini isə, statusunda yazdığına görə, məhkəməyə keçmiş maliyyə naziri Fikrət Yusifov verib. İddia edir ki, Natiq Cəfərli onun şərəf və ləyaqətini alçaldıb.

“Facebook”-da paylaşdığım statusda onun heç adını belə çəkməmişəm, sadəcə paylaşdığı fikirlərin şərhini vermişəm və bu fikirlərin sahibini “savadsız” adlandırmışam".-bunu Natiq Cəfərli deyir. Fikrət Yusifov isə deyir ki, "o mənə “savadsız” deməklə, ala biləcəyim layihələrlə bağlı gördüyüm işlərə maneçilik törədib”.

Facebook-da yazılana görə adamı məhkəməyə vermək olarmı? Media hüquqları eksperti Ələsgər Məmmədli AzadlıqLive-deyir ki, Azərbaycan qanunvericiliyinə edilən dəyişiklikdən sonra bu mümkün olub. İnternetdə, o cümlədən Facebook-da yazılan yazı KİV-də çıxan yazı kimi məhkəməyə verməyə əsas ola bilər.

Onda belə çıxır ki, təkcə ekspert yox, adi Facebook istifadəçisi də ehtiyatlı olmalıdır? Ələsgər Məmmədli deyir ki, Facebook-da yazdığını iki cür yaya bilərsən, əgər hamı oxuya biləcəyi şəkildə yayırsansa, onda bu, KİV-də yaymağa bərabərdir və doğrudan da problem yarada bilər.

Bəs bu, ifadə azadlığı prinsipini pozmurmu? Ekspert deyir ki, pozur.

Ad çəkilməyən yazı konkret şəxsə təhqir sayıla bilərmi? - bu kimi suallara Ələsgər Məmmədlinin cavabları.

Gözlə

No media source currently available

0:00 0:09:09 0:00
Direct-ə keçid


20:41 8.10.2015

"Ziya Məmmədovdan nə istəyirlər?" (audio)

Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov nəqliyyat naziri Ziya Məmmədovun harada olması, və ümumiyyətlə, nazirlik barədə yazılan son yazılar barədə AzadlıqRadiosuna bunları deyib:

Gözlə
Embed

No media source currently available

0:00 0:02:10 0:00
Direct-ə keçid

Namiq Həsənov deyir ki, nazirliyin səlahiyyətlərin bir hissəsinin «ASAN xidmət»ə verilməsi dərhal başqa istiqamətə yozulub: «Bundan əvvəl bir neçə nazirliyin bəzi səlahiyyətləri «ASAN xidmət»ə verildi, bundan heç yazan yoxdur». Media icmalı

20:38 8.10.2015

Bu günki AzadlıqLive-da :

Facebookda yazılana görə məhkəməyə verə bilərlərmi? - Ələsgər Məmmədli izah edir

Məhkəmələrdən qabaq Mirşahin Ağayevlə Nuşirəvan Məhərrəmli arasında söz dueli gedir

Ziya Məmmədovdan nə istəyirlər? - Audio

19:22 8.10.2015

Platini Bakıya gəlməyəcək

Azərbaycan futbol federasiyası - AFFA-nın saytı xəbər verir ki, bir müddət əvvəl UEFA-nın prezidenti, FIFA prezidenti vəzifəsinə namizəd M.Platinin AFFA-nın dəvəti ilə bu ilin oktyabr ayında Azərbaycana səfər edəcəyi, səfər çərçivəsində Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunmuş Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak edəcəyi və Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyununu izləyəcəyi barədə xəbər verilmişdi. Lakin FIFA-nın Etika Komitəsinin istintaq palatasının oktyabrın 7-də çıxardığı qərara əsasən, M.Platininin futbol sahəsində fəaliyyətinə 90 günlük qadağa qoyulub və bu səbəbdən UEFA prezidentinin Bakıya nəzərdə tutulan səfəri təxirə salınıb.
Adı çəkilən tədbirlərdə iştirak etmək üçün Azərbaycana UEFA-nın baş katibinin müavini Teodor Teodoridis səfər edəcək.

Davamı

XS
SM
MD
LG