Nuşirəvan Məhərrəmli: "Uşaqlar xarici cizgi filmlərinə baxır, həmin ruhda da tərbiyə alır"
“Azərbaycanda uşaqlar daha çox xarici ölkələrin istehsalı olan cizgi filmlərinə baxır və həmin ruhda tərbiyə alırlar, nəinki milli ruhda. Bu yolverilməzdir. Ona görə də televiziya kanalları öz proqram siyasətlərində dəyişiklik etməli, uşaqlarla bağlı verilişlərin sayını artırmalıdır”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
"Biz istərdik ki, Azərbaycan efirində uşaq televiziyası da olsun. Uşaq telekanalının yaradılması çox vacibdir."
Bu günki AzadlıqLive-da:
Cəmil Həsənli: "Müxalifətə parlamentdə yer verilməyəcək" (Audio)
Rus raketlərinin 4-ü əyri getdi
ANS MTRŞ-a məhkəməni uduzdu
Facebook "dislike"ı ləğv edir
Maşın hanı?
Almaniyadan aldığı maşını Hollandiyadan göndərib Gürcüstana. Amma il yarımdır maşınını ala bilmir...
Cəmil Həsənli : "Müxalifətə yer verilməyəcək... Amma" (Audio)
Əgər Cəmil Həsənlinin dediyi kimi, bu, seçki yox, təyinatdırsa, onda müxalifətə nə qədər yer veriləcək? - AzadlıqLive-ın bu sualına Cəmil Həsənli belə cavab verir: " söhbət müxalifətdən gedirsə, müxalifətə yer verilməyəcək. Amma müxalifət görüntüsü yaratmaqdan ötrü bəzi kiçik partiyalar müxalifət adı ilə ora salınacaq" .
Milli Şuranın sədri Cəmil Həsənli Azərbaycanda parlament seçkilərinin nəticələri ilə bağlı bir siyahı təqdim edib. Bu siyahıda kimlərin deputat olacağını göstərilir. Ancaq deyilir ki, bu siyahı təhlilin və müşahidələrin nəticəsidir, yəni heç yerdən alınmayıb (vaxtilə Nemət Pənahlının məşhur siyahısı , məsələn, o vaxt iddia olunurdu ki, prezident administrasiyasından alınıb). Cəmil Həsənli hesab edir ki, seçkinin nəticələri ilə onun siyahısı arasında fərq uzağı 5 faiz ola bilər.
Cəmil Həsənli ilə söhbət