Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:24

Salman Rüşdi: Top-tüfəngimiz yoxdur, ancaq qorxmuruq


Salman Rushdie, Frankfurt kitab sərgisi 2015
Salman Rushdie, Frankfurt kitab sərgisi 2015

- “Söz azadlığı, çıxış etmək azadlığı sadəcə insan haqqı deyil, insan növünün hər şeyidir” - Salman Rüşdi dünyanın ən böyük kitab sərgisi olan Frankfurt Beynəlxalq Kitab Sərgisinin açılışında böyük maraqla gözlənilən çıxışını edib.

Onun İranın boykot açıqlamasından sonra baş tutan çıxışı zamanı binada güclü təhlükəsizlik tədbirləri görülüb, mətbuat konfransında təhlükəsizlik işçiləri olub.

S.Rüşdi çıxışında deyib: “Söz azadlığı mövzusunda danışmalı olmağım məni məyus edir. Biz Qərbdə söz azadlığı haqda danışmaq ehtiyacı hiss etməməliyik. Söz azadlığı nəfəs aldığımız hava kimidir. Məncə, bu savaşda bir neçə yüz il əvvəl qalib gəlinib…”

“İfadə azadlığı yenidən çətinliklə üzləşib, təhlükə, zorakılıq, yazıçılara, naşirlərə, kitab satıcılarına, tərcüməçilərə qarşı təhdidlər qorxu yaratmaq məqsədi daşıyır. Çətinlik ondadır ki, naşirlər və yazıçılar döyüşçü deyillər, bizim tank-tüfəngimiz yoxdur…”

“Lakin Ədəbiyyat söz azadlığına qarşı mübarizə aparan xalqların və dinlərin “böyük narrativləri” ilə yarışa bilər.

Ədəbiyyat zəif ola bilər, çünki dünyada real gücü yoxdur, amma ədəbiyyat bütün narrativlərdən böyük narrativdir.

Biz yazıçılar özümüzü çətinə salır və dünyanı bizə verildiyi kimi qəbul etməkdən imtina edirik. Biz bütün fikir qayçılarına, fikir ütüləyənlərə, bütün qorxu-hürküyə meydan oxuyuruq. Ədəbiyyatı qorxutmaq olmaz.”

Juergen Boos
Juergen Boos

Frankfurt Kitab Sərgisinin direktoru Juergen Boos Rüşdini təqdim edərkən yenidən İran naşirlərinin sərgini boykot etməkdən məyusluq duyduğunu deyib və fikrini belə tamamlayıb:

“Söz azadlığı bizim gördüyümüz işin nüvəsidir. Naşirlər və kitabçılar söz azadlığının yanındadır, söz azadlığı demokratik cəmiyyətin məhək daşıdır.”

Oxu Zalı

XS
SM
MD
LG