Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:22

Nazir «maaşlar artacaq» deyir, ekspertlər fərqli düşünürlər...


Manat
Manat

-

ƏMƏKHAQQI ARTIRILA BİLƏR?

Azərbaycan vətəndaşları seçkilər öncəsində hökumətin maaşları artırmasına alışsa da, bu dəfə belə olmayıb. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev oktyabrın 13-də Milli Məclisdəki çıxışında maaşların gələn il artırılacağını söyləyib. Nazir 2016-cı ildə sosial proqramların yerinə yetiriləcəyini, orta aylıq əməkhaqqının 474 manat 50 qəpiyə çatdırılacağını da bildirib. Bu il sentyabrın 1-dək olan rəsmi məlumata görə, orta əməkhaqqı 458 manat 90 qəpikdir.

İqtisadiyyat və sənaye nazirinin parlamentdəki çıxışı, istər-istəməz, «Büdcə gəlirlərinin azaldığı bir vaxtda maaşların artırılması mümkündürmü» sualını aktuallaşdırır.

«İXTISARLAR HESABINA MÜMKÜNDÜR»

İqtisadçı-ekspert Qubad İbadoğlunun fikrincə, büdcə təşkilatlarında çalışanların maaşlarını artırmaqla orta aylıq əməkhaqqı səviyyəsini yüksəltmək olar: «İndiki şərtlərlə büdcə sferasında əmək haqlarının artımı daha çox izafi iş yerlərinin ixtisarı hesabına yaranan qənaət məbləğindən həyata keçirilə bilər. Hökumət dövlət idarəçiliyində struktur islahatları apararsa, buna nail olar. Belə islahatlar da son nəticədə məmurların, hüquq-mühafizə, məhkəmə və prokurorluq orqanlarında çalışanların, müəllim və həkimlərin ixtisarına gətirib çıxaracaq».

Qubad İbadoğlu Rusiyada bu istiqamətdə addımlar atıldığını deyir: «Onlar dövlət qulluqçularının 20, hüquq-mühafizə orqanlarında çalışanlarınsa 10 faizinin ixtisarına qərar veriblər. Eyni yol Azərbaycanda da təkrarlansa, qənaət edilmiş mənbələr hesabına orta aylıq əməkhaqqını cüzi artırmaq olar».

«AZALAN BÜDCƏ İLƏ ARTIM OLA BİLMƏZ»

İqtisadçı-ekspert Rövşən Ağayev, başqa sektorlar bir yana, büdcə sferasında çalışanların maaşlarını hökumət necə gerçəkləşdirəcəyini problemli sayır: «Hökumət özünün yaxın 4 il üçün proqnozunda büdcəni artıra bilməyəcəyini bəyan edirsə, maaş artımı məsələsi sual doğurur. Parlamentə təqdim olunan büdcə sənədlərindən aydın olur ki, neftin qiyməti 50 dollar həddində qalacaqsa, 2017-ci ilin dövlət büdcəsi xərcləri 2016-cı ilə nisbətən 1.6 milyard manat (10%) az proqnozlaşdırılır. Bu göstərici hətta 2011-ci ilin səviyyəsindən 20%-dək azdır. 2017-ci ildə büdcə gəlirləri 13.2, xərclərsə 14.6 milyard manat nəzərdə tutulur. Hökumət 2016-2019-cu illərdə təhsil və səhiyyə xərclərini sabit saxlamağı, mədəniyyət, incəsənət və idman sferalarında xərcləri 30%-dək azaltmağı planlayır. Nəzərə alaq ki, bu sferalarda bütün büdcə işçilərinin azı 70%-i - təxminən 550 min nəfər çalışır. Sual doğur: Xərclərin belə sürətlə qayçılanacağı halda, məsələn, büdcə sektorunda maaşların artımı hansı resurslar hesabına təmin ediləcək?».

XS
SM
MD
LG