Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:29

“Playboy” jurnalı əvvəlki imicindən rəsmi imtina etdi


"Playboy" jurnalının loqosu
"Playboy" jurnalının loqosu

- Jurnalın rəhbəri: "Çılpaq şəkillərə yox!" qərarımı açıqlayıram"

"Playboy" ciddi ədəbiyyat-incəsənət dərgisinə döndü

Jurnalın birinci sayı, 1953-cü il
Jurnalın birinci sayı, 1953-cü il

1953-cü ildən nəşr olunan əyləncə və həyat tərzi jurnalı “Playboy” daha əyləncəli kişi jurnalı kimi çıxmayacaq.

Jurnal yalnız təhqiqat jurnalistikası, ciddi nəsr əsərləri, müsahibələr, "gənclərin incəsənətə getdikcə artan marağını nəzərə alaraq", rəssamların əsərlərini yayımlayacaq.

Əyləncə jurnalı kimi fəaliyyətinə xitam verilməsi qərarını açıqlayan “Playboy”un indiki rəhbəri Scott FlandersNew York Times” qəzetinə deyib:

"Əyləncə jurnalları döyüşündə mübarizə apardıq və onu qazandıq", "Playboy" jurnalı indi brend menecmenti şirkərinə çevrildi”.

Bu dərgi əslində çoxdan əyləncə jurnalları bazarından çıxmağa başlamışdı.

Bu dərgi əslində çoxdan əyləncə jurnalları bazarından çıxmağa başlamışdı.

1969-cu ilin dekabrında ədəbiyyat tənqidçisi Leslie Fiedler'in Postmodern ədəbiyyatın manifesti sayılan "Sərhədləri qarışdırın xəndəkləri örtün” məqaləsi hər hansı ədəbiyyat dərgisində deyil, “Playboy” jurnalında işıq üzü görmüşdü.

V.Nabokov
V.Nabokov

1960-cı illərdən “Playboy” –un müsahibələr hissəsində Nabokov, Schweitzer, Joseph Heller, Margaret Atwood, Haruki Murakami, Kurt Vonnegut və başqa yazıçılarla, Martin Luther King, Malcolm X, Amerikan nasist partiyasını yaratmış George Lincoln Rockwell, o zamankı prezidentliyə namizəd Jimmy Carter kimi personalarla müsahibələr dərc olunmuşdu.

2006-cı ildə jurnalda tanınmış amerikan yazıçısı və professor Sam Lipsyte’ın hekayəsi çıxmışdı.

2014-cü ildə isə “Playboy” öz ana səhifəsindən çılpaq insan fotolarını yığışdırdığını elan etmişdi.

Jurnalın əyləncədən ciddiliyə doğru keçidi bu həftə rəsmiləşdi. Xarici mətbuat səhifələrində bu xəbəri "Əlvida, Playboy" adıyla da, "Playboy-da çılpaq şəkillər köhnə xəbərdir" sərlövhəsilə də, "Playboy" jurnalının onlayn dövrdə ironik sonluğu" adıyla da yayımlayanlar var.

Oxu Zalı

XS
SM
MD
LG