Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:32

İlqar Məmmədovun həyatına təhlükə var


İlqar Məmmədov
İlqar Məmmədov

-

«İlqar Məmmədov bugünkü görüşümüzdə bir daha dedi ki, oktyabrın 16-da 2 saylı Cəzaçəkmə Müəssisəsində ona hücum olub, döyülüb. Onu döyənlər isə rəis müavini və müəssisənin başqa bir əməkdaşı olub. İlqar Məmmədov onunla bağlı real təhlükənin olduğunu bir daha təsdiqlədi».

Bu haqda AzadlıqRadiosuna oktyabrın 21-də İlqar Məmmədovla görüşündən sonra vəkil Fuad Ağayev məlumat verib.

Fuad Ağayev bildirib ki, müdafiə tərəfi bu hadisə ilə bağlı araşdırma tələb etsə də, prokurorluq orqanları onlara hələ cavab verməyib.

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Sahib Məmmədov AzadlıqRadiosuna deyib ki, İlqar Məmmədovun döyülməsi ilə bağlı vəkilin müraciətini araşdıracaq.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü il mayın 22-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi onun saxlanılmasının qanunsuz olduğu barədə qərar qəbul edib. Avropa Məhkəməsinin qərarına görə, Azərbaycan hökuməti İlqar Məmmədovu dərhal azad etməli və ona 22 min avro təzminat ödəməlidir. Ancaq 2014-cü ilin sentyabrında Şəki Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Ali Məhkəmədə isə kasasiya şikayətinə baxılması 9 aydan çox davam edib. Bu il oktyabrın 13-də Ali Məhkəmə şikayəti qismən təmin edib və işi təkrar araşdırma üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarıb.

«Amnesty International» İlqar Məmmədovu vicdan məhbusu kimi tanıyıb.

XS
SM
MD
LG