15 saylı Yasamal birinci seçki dairəsində qanunsuzluqlar
Bu videonu Mehriban Zeynalova öz «facebook» səhifəsində paylaşıb
Arif Hacılıdan ilkin reaksiya
«Hər bir vətəndaşın seçmək və seçilmək hüququ olduğu kimi, seçkilərdə iştirak etmək və etməmək hüququ var».
Bu fikri öz «facebook» səhifəsində Müsavat Partiyasının başqanı Arif Hacılı bölüşüb:
«Təbii ki, namizəd olmaq və olmamaq hüququ da bura aiddir. Bu seçkilərin ən ciddi pozuntularından biri də namizədliyini geri götürmüş şəxslərin adlarının seçki bülletenlərində saxlanmasıdır».
Ramiz Mehdiyev səs verdi
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev parlament seçkilərində səsvermədə iştirak edib.
axar.az xəbər verir ki, Ramiz Mehdiyev 29 saylı Səbail seçki dairəsinin 7 nömrəli seçki məntəqəsində səs verib.