Mən öz səsimi verdim!
NİDA Vətəndaş Hərəkatının üzviləri bütün namizədlərin üzərindən xətt çəkirlər. Bu barədə hərəkat üzvilərinin öz «facebook» səhifələrində paylaşdıqları məlumatlarda bildirilir. Bülletenlərin üzərində yazırlar ki, «bu gənclik sizi bağışlamayacaq».
Müşahidəçi pozuntulardan danışır
17 saylı Yasamal 3-cü seçki dairəsindən namizədliyini irəli sürmüş İlhamiyyə Rzanın nümayəndəsi İlhamə Novruzlu AzadlıqRadiosuna bildirib ki, bir neçə məntəqədə müşahidəçilərin normal fəaliyyəti üçün şərait yaradılmayıb. Müşahidəçilərə yer tapılmır, onlar ayaq üstə qalıb. Barmaqlara mürəkkəb vurulması, seçici adının seçici siyahılarından tapılması ilə bağlı da problemlər var.
Dairə seçki komissiyasından AzadlıqRadiosuna bildiriblər ki, komissiya daxil olan bütün şikayətlər araşdırılacaq.
İlham Əliyev səs verdi
Azərbaycan prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində səs verib.
Qeyd edək ki, bu seçki məntəqəsində 696 seçici qeydiyyata alınıb.
Karuselçilər də gəldi...
21 saylı Nəsimi birinci seçki dairəsinin 1 və 2 saylı mənqətələrində karusel səs verməsi üçün gətirilən adamlar. Bu şəkillərdə əvvəl adamları təlimatlandırıb sonra məntəqətə daxil edirlər: