Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:27

Pənah Hüseyn: «Bu şikayəti təşkil edənlərə ayıb olsun ki...»


Pənah Hüseyn
Pənah Hüseyn

-

Azərbaycan Xalq Partiyasının sədri, deputatlığa namizəd Pənah Hüseyn bu dəqiqələrdə Sabirabad Polis Şöbəsindən çıxıb. Polisə çağırılmağı ilə bağlı AzadlıqRadiosuna danışan namizəd ondan və ailə üzvlərindən şikayət olunduğunu bildirib:

«Polisə şikayətlər təşkil ediblər ki, mən, bəzi qohumlarım və ailə üzvilərim guya nalayiq hərəkətlər etmişik. Bu şikayətləri təşkil edənlərə ayıb olsun ki, bu şər-böhtana mənim qızımı da qatırlar. Mən polisdə dedim ki, indi seçkidə baş verən saxtakarlıqlarla bağlı Mərkəzi Seçki Komissiyasına şikayət hazırlayıram. Qoy bu məsələlər bitsin, 3 gün sonra gəlib nə lazımdırsa, ifadə verərik».

Pənah Hüseyn polisə getməzdən əvvəl isə mətbuata bunları bildirmişdi: «Bunu seçkilərin nəticəsindən şikayət etməməyim üçün təzyiq vasitəsi hesab edirəm. Məsələyə müdaxilə edilməsi üçün respublika rəhbərliyinə müraciət edirəm».

Pənah Hüseyn AZADLIQ-2015 seçki blokundan 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən namizədliyini vermişdi.

O, hələ noyabrın 1-i axşam saatlarında bildirdi ki, seçkinin nəticələri ilə bağlı müşahidəçilərinin məntəqələrdən aldığı protokolların göstəriciləri ilə həm DSK-ların, həm də MSK-nın göstəriciləri uyğun gəlmir. Bu da seçkilərin total saxtakarlıq şəraitində keçirildiyini göstərir.

MSK sədi Məzahir Pənahov isə seçki günü keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Pənah Hüseynin müşahidəçilərindən biri 2 bülleten götürərək qaçıb.

XS
SM
MD
LG