Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:56

AŞPA-nın narazı müşahidəçiləri AzadlıqRadiosuna danışırlar


Michael McNamara, AŞPA müşahidə missiyasının üzvü Michael McNamara (İrlandiya Parlamenti)
Michael McNamara, AŞPA müşahidə missiyasının üzvü Michael McNamara (İrlandiya Parlamenti)

AŞPA-nın Azərbaycanda parlament seçkiləri ilə bağlı yekun hesabatında narazıların da fikirləri əks oluna bilər.

Bunu AzadlıqRadiosuna müsahibəsində AŞPA müşahidə missiyasının üzvü Michael McNamara (İrlandiya Parlamenti) deyib.

McNamara iki həmkarı ilə birlikdə heyətin bəyanatından fərqli, seçkinin azad və ədalətli keçirilmədiyini bildirən bəyanat yayıb.

Halbuki, AŞPA Müşahidə Missiyası adından yayılan ilkin rəsmi dəyərləndirmədə bu seçkidə nöqsanlar olsa da ciddi qanun pozuntuları baş vermədiyi qeyd eidlir.

​Deputatın sözlərinə görə, etiraz edənlərin sayının artacağı istisna deyil və çox güman ki, AŞPA yekun hesabatın tərkibi hissəsi kimi azlıqların mövqeyini əks etdirən hesabat yaya bilər.

McNamara bildirib ki, seçki günündə tətbiq olunan texniki nailiyyətlər istisna olmaqla, (bülletenlərin əldə edilməsi, sayılması və s.) demokratik seçkilər üçün tələb olunan ifadə, toplaşma, mətbuat azadlığı Azərbaycanda mövcud deyildi. Tənqidçilər qorxudulur, təqib olunur, həbsə atılır.

Buna da bax: 3 AŞPA müşahidəçisindən Bakıya ittihamlar

- Bəs, necə olur ki, missiyanın yekun bəyanatı sizin mövqeyinizdən əsaslı şəkildə fərqlidir?

- Belə çıxır ki, bəzi missiya üzvləri seçki günü texniki nailiyyətlərə fokuslanıb və konteksti nəzərə almayıb. Biz isə hesab edirik ki, seçki bir prosesdir: onun qeydiyyat, kampaniyaların keçirilməsi kimi hissələri var. Biz seçkiyə proses kimi baxmağın tərəfdarıyıq. Təəssüf edirəm ki, biz konsensusa gələ bilmədik.

- Nümayəndə heyətinin digər üzvləri sizin gördüklərinizi niyə görməyiblər, sizcə? Onların bu işdə təcrübəsi yoxdur, ya başqa səbəb var?

- Bu siyasi fokusla bağlıdır. Bildiyiniz kimi AŞPA siyasi qurumdur, burdakı adamlar, onların siyasi baxışları fərqlidir. Bəzi adamlar insan haqlarına, bəziləri siyasətə, bəziləri isə sabitliyə önəm verirlər.

- Bəs, sizcə, digər üzvlər seçkinin bir gündən ibarət olmadığını və bir proses olduğunu bilmirdilərmi?

- Əminəm ki, bilirlər. Siz gərək bu sualı onlara ünvanlayasız.

Ute Finckh-Kraemer
Ute Finckh-Kraemer

Buna da bax: AŞPA: «Səslərin sayılmasında nöqsanlar olub, amma…»

Ümumi rəyə etiraz etmiş başqa bir deputat Almaniya Bundestaqının üzvü Ute Finckh-Kraemer AzadlıqRadiosuna müsahibəsində deyir:

- Məncə, qrupun əksər üzvləri seçki prosesini obyektiv qiymətləndirmədilər. Təəssüf ki, mən onların motivindən xəbərsizəm.

Nümayəndə heyətinin ilkin bəyanatı ilə bağlı uzun müzakirələr oldu. Yekun hesabat yəqin ki, yalnız ilkin bəyanatdan ibarət olmayacaq, burda həmçinin Venesiya Komissiyasının analizi, İnsan Haqları Komissarının materialları da yer alacaq. Güman edirəm ki, yekun hesabat ilkin bəyanatdan fərqli olacaq.

XS
SM
MD
LG