Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:59

“Banklar iflas olacaq”


Karikatura
Karikatura

►Mümkün yeni devalvasiya dalğasında vətəndaşı gözləyənlər

Mərkəzi Bankın valyuta ehtiyatları yenə azalmaqdadır. Oktyabr ayında həmin ehtiyatlar 180,1 milyon dollar azalaraq 6 milyard 834,6 milyon ABŞ dolları səviyyəsinə enib. Bu, ötən ilin eyni dövründəki rəqəmdən 8 milyard 199 milyon dollar azdır.

Ekspertlər valyuta ehtiyatlarında azalmanın davam edəcəyini düşünürlər. Son günlər dollara tələbatın artması və manata nisbətdə bahalaşması da bunu deməyə əsas verir. Mərkəzi Bank manatı qorumaq üçün öz valyuta ehtiyatlarını xərcləməyə məcburdur. Beləcə, “Daha bir devalvasiya vətəndaşlara nə vəd edir” sualı aktuallaşır.

“Devalvasiya vətəndaşa 2 cür təsir göstərəcək”

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, Mərkəzi Bankda ehtiyatların azalması, bir qayda olaraq, devalvasiya ilə nəticələnir:

“Bu o deməkdir ki, ölkədə xarici valyuta azalır. Az olan bir şeyin qiyməti, təbii ki, artmalıdır”.

Ekspertin fikrincə, devalvasiyanın vətəndaşlara iki təsiri ola bilər:

“Bir ümumi təsiri ola bilər - qiymət artımı. Bu halda xaricdən alınan malların qiyməti manat ekvivalentində artacaq. Bir də xüsusi təsiri olacaq - xarici valyutada krediti olan vətəndaşların manat ekvivalentində borcu artacaq. Eynən fevral devalvasiyasından sonra olduğu kimi”.

Buna da bax: Rusiya Ermənistanla birgə havadan müdafiə sistemi qurur

“Növbəti aylarda ehtiyatlar daha çox əriyəcək”

İqtisadçı ekspert Rəşad Həsənov da düşünür ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması ölkəni yeni devalvasiyaya yaxınlaşdrır:

“Ölkədə manat kütləsi bilərəkdən azaldılsa da, Mərkəzi Bankın müdaxilə prosesini davam etməyə məcbur qalması durumun mürəkkəbliyindən xəbər verir”.

Ekspert bildirir ki, manatın məzənnəsi dünya bazarlarında neftin qiymətindən asılıdır:

“Neftsə ucuz qiymətə satılmaqda davam edir. Eyni zamanda ölkəyə idxal həcminin heç də rəsmi rəqəmlərə uyğun olmadığını və dəfələrlə çox olduğunu nəzərə alsaq, manat kütləsi azaldılsa da, dollara tələbatın sürdüyünü görürük. Növbəti aylarda ehtiyatlar daha çox əriyəcək. Xüsusən dekabrda bir çox idxalçı şirkətin xaricə köçürmələri çoxalacaq və bu, dollara tələbatı artıracaq”.

Buna da bax: Sürücülərin kütləvi etirazı

“Banklar iflas olacaq”

Vaxtında iqtisadi və inzibati islahatlar aparılmasa, xüsusən iqtisadiyyat liberallaşdırılmasa, ölkə bu böhrandan çıxa bilməyəcək.

Rəşad Həsənovun fikrincə, devalvasiya ölkə iqtisadiyyatının bütün iştirakçılarına, o cümlədən əhaliyə mənfi təsir göstərəcək:

“İlk növbədə vətəndaşın borc (kredit) yükü daha da artacaq və təbii ki, borc qaytarılmasındakı mövcud problem daha da dərinləşəcək. Onun dərinləşməsi kreditləşdirmə prosesini zəiflədəcək və bu, biznesin də, vətəndaşın da maliyyəyə əlçatımını aşağı salacaq. Eyni zamanda bir çox banklar iflasa uğrayacaq. Bundan başqa, idxal məhsullarının dəyəri manatla ifadədə daha da artacağından, həm alıcılıq qabiliyyəti zəifləyəcək, həm də şirkətlərin azalan dövriyyəsi öz ardınca əmək haqlarını azaldıb, iş yerlərinin də bağlanmasına səbəb olacaq. Nəticədə, işsizlik daha da dərinləşəcək və sosial gərginlik artacaq”.

“İslahatlar olmasa...”

Ekspertin sözlərinə görə, yaxın və orta dövrdə ölkə əhalisini və biznesi ciddi iqtisadi böhran dalğası gözləyir:

“Vaxtında iqtisadi və inzibati islahatlar aparılmasa, xüsusən iqtisadiyyat liberallaşdırılmasa, ölkə bu böhrandan çıxa bilməyəcək. Ümid yeri sayılan neftinsə, qısa zaman içində bahalaşacağı inandırıcı deyil”.

XS
SM
MD
LG