Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:53

Terror qurbanları həm də 12 ölkə vətəndaşıdır


Parisdə 13 noyabr terroru
Parisdə 13 noyabr terroru

-
13 noyabr Paris terrorunun qurbanlarının sayı 132-ə çatıb. Belə bir məlumatı noyabrın 15-i axşam saatlarında Fransanın AFP agentliyi yayıb. Amma digər mənbələr bu xəbəri təsdiqləməyib. Belə ki, terror qurbanları barədə sonuncu rəsmi məlumat belədir: 129 ölü, 352 yaralı, yaralılardan 99-nun vəziyyəti ağır. 42 nəfər hələ də reanimasiyada saxlanılır.


Ölənlərdən 20-nin xarici vətəndaş olduğu deyilir, onlar 12 ölkəni təmsil edirlər. Onlardan üçü belçikalı, biri almaniyalı, üçü ispan, ikisi portuqaliyalı, ikisi rumıniyalı, o cümlədən britaniyalı, çilili, meksikalı, amerikalı, italiyalı vətəndaşlardır.


Noyabrın 15-də Fransanın baş naziri Manuel Vals ölənlərin ailələri ilə görüşüb. O, bildirib ki, cəsədlərin tanınması proseduru hələ tam başa çatmayıb və söz verib ki, bu üzücü mərhələnin tez yekunlaşdırılması üçün əllərindən gələni edəcəklər.


Fransalı və Belçikadan olan müstəntiqlər terrorun iştirakçısı ola bilənlərin axtarışını davam etdirirlər. Ölən terrorçulardan üçünün şəxsiyyəti bəlli edilib. Özünü partladanlardan birinin qardaşı – Abdelslam Sala axtarışa verilib, onun terrorla əlaqəli olduğu ehtimal edilir. Terrorçuların hücum vaxtı istifadə etdikləri iki avtomobil tapılıb.

XS
SM
MD
LG