Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:46

Natiq Kərimov: «...danışıqlara gedəcəyik»


Məşədi Natiq Kərimov
Məşədi Natiq Kərimov

-

«Kənddə indi sakitlik olsa da, Nardarandan çıxanları polis saxlayır». Nardaran kəndinin Ağsaqqallar Şurasının sədri Natiq Kərimov AzadlıqRadiosuna belə söyləyib.

O, son hadisələrlə bağlı televiziyaların «qızışdırıcı mövqe» tutduğunu və bunun yaxşı nəticə verməyəcəyini də bildirib.

Natiq Kərimov kənddə indi hamının meyitlərin qaytarılmasını gözlədiyini deyib: «Bizə deyiblər ki, 1-2 saata verilməlidir. Ekspertiza aparılır. Bu işlər tamamlanan kimi bizə qaytaracaqlar. Amma biz də bilmirik ölənlər kimdir, polis də dəqiq məlumat vermir. Şəhidlərimizi dəfn edəndən sonra hökumət lazım bilsə, danışıqlara gedəcəyik».

O, hökumətlə danışıqlarda həbs edilənlərin buraxılmasını və yaralıların sağalmasına kömək göstərilməsini istəyəcəklərini deyib.

Noyabrın 26-da Nardaranda hüquq-mühafizə orqanları əməliyyat keçirib, 15-dək şəxs, o cümlədən «Müsəlman Birliyi» Hərəkatının başçısı Taleh Bağırzadə həbs edilib. Dördü mülki, ikisi polis olmaqla altı nəfər ölüb.

BAŞ PROKURORLUQ DANIŞIQLARI İSTİSNA EDİR

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Nardaranda ölümlə nəticələnən silahlı insidentlə bağlı cinayət işi başlanıb: «Baş Prokurorluq olaraq silahlı ekstremist cinayətkar dəstə ilə hər hansı bir danışıqlar aparmaq niyyətində deyilik».

XS
SM
MD
LG