Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:37

Keçmiş nazir müavininin məhkəməsində üzləşmə


Mehman Səlimov
Mehman Səlimov

►Şahidlərin ifadələrində ziddiyyət üzə çıxıb

Noyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini işləmiş Mehman Səlimovun məhkəməsi davam edib. Məhkəmə iclasına hakim Zeynal Nağıyev sədrlik edir.

Məhkəmədə əvvəlki iclaslarda dindirilmiş bəzi şahidlərin üzləşməsi keçirilib.

Məsələn, şahid kimi dindirilmiş Nəriman NiftəliyevRauf Aşurovun ifadələri arasında ziddiyyətlər yarandığından Mehman Səlimov onların üzləşdirilməsini istəmişdi.

Buna da bax: Nardaranda son durum

20 MİN MANATIN TALEYİ

Hakim əvvəlcə üzləşməyə zərurət yaradan səbəbi elan etdi:

“Ötən məhkəmə iclaslarında Mehman Səlimov ifadəsində göstərdi ki, layihə çəkən şirkətin rəhbəri olan Rauf Aşurova Nəriman Niftəliyev vasitəsi ilə 20 min manat pul göndərib. Nəriman Niftəliyev özü də ifadəsində bunu təsdiqlədi. Lakin Rauf Aşurov bunu inkar etdi. Ona görə hər iki şəxsin məhkəmə zalında üzləşdirilməsinə zərurət yarandı”.

Rauf Aşurov 20 min manatın aqibəti barədə məhkəmədə bunları dedi:

“Mehman Səlimovun sahibi olduğu tikinti şirkəti ilə 3 layihə üzrə 55 min manata razılaşmışdıq. İşin ortasında layihənin birindən imtina etdik. İki layihəyə görə isə mənə 40 min manat ödənildi. Bundan əlavə, Nəriman Niftəliyevin vasitəsilə də mənə 10 min manat göndərdilər. Məsləhət gördüm ki, həmin məbləği geoloji işlərin görülməsinə sərf etsinlər. Mənim ofisimə geoloqlar gəldi. 13 min 800 manata razılaşdıq. 3 min beh aldılar. Özüm də 3 min götürdüm. Qalan pulu Nəriman özünə götürdü. Dedim ki, “sən o pulla elektrik işlərini həll et”. Bir həftədən sonra Mehman Səlimov 10 min manat da göndərdi. Həmin məbləğ geoloqların pulunun qalanına ödənildi. Onlardan sənədləri təhvil alıb, işləri tamamladım”.

Buna da bax: Məhkəmə Məmməd İbrahimlə bağlı qərarını açıqladı

10 MİN MANATLIQ 2 MÜQAVİLƏ BAĞLANIB

Rauf Aşurov ifadəsinə davam edərək bildirdi ki, işləri Mehman Səlimova təhvil verəndə ona məlum olub ki, geoloji işlər də onunla bağlanan müqaviləyə salınıb. Bu da tərəflər arasında mübahisəyə səbəb olub.

Razılığa gəliblər ki, aralarında hərəsi 10 min manatlıq olan iki müqavilə bağlansın, ümumilikdə 20 min manat ona bu yolla ödənilsin. Müqavilələr bağlansa da, pulu ona verməyiblər.

Nəriman Niftəliyev də Rauf Aşurovun ifadəsinə uyğun danışdı. Lakin sonda qeyd etdi ki, 20 min manatın Rauf Aşurova çatmadığını indi məhkəmə zalında bilib.

Sonra məhkəmə şahid qismində İlham Məmmədovu dindirdi. Bu şəxs əvvəllər Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində mühəndis işləyib. Mehman Səlimovu da hələ nazir müavini olduğu vaxtdan tanıyıb. Sonradan işdən çıxarıldığını və daha sonralar Nazirliyin bəzi tikinti layihələrində iştirak etdiyini bilib. Həmin tikinti layihələrində bir mühəndis kimi vəzifəsi şirkətin gördüyü işlərin keyfiyyətinə nəzarət etmək olub.

Buna da bax: Bakı-Sumqayıt qatarını daşa basırlar...[VİDEO]

"İŞLƏRİ DAVAM ETDİRƏN ŞİRKƏT DİNDİRİLSİN!"

Sonra vəkil Ağaveyis Şahverdi vəsatət qaldırıb ki, Müdafiə Nazirliyinin tikintilərində Mehman Səlimovun “S.T.Ş.” şirkəti tərəfindən yarımçıq qalmış işləri hazırda davam etdirən şirkət nümayəndələri də məhkəmədə dindirilsin. Vəsatət baxılmamış saxlanılıb.

Dəvət olunmuş başqa şahidlər gəlmədiyi üçün məhkəmə iclası dekabrın 4-də davam edəcək.

Mehman Səlimov 1995-99-cu illərdə keçmiş müdafiə naziri Səfər Əbiyevin müavini vəzifəsində işləyib. Səfər Əbiyev vəzifədən çıxarıldıqdan sonra - ötən ilin noyabrında həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib. Mehman Səlimova qarşı Cinayət Məcəlləsinin külli miqdarda dövlət əmlakını mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittihamlar irəli sürülüb.

Özü isə həbsini sifarişli adlandırıb. Ötən məhkəmə iclaslarında bildirib ki, keçmiş müdafiə naziri Səfər Əbiyevə görə Milli Təhlükəsizlik Nazirliyinə çağrılıb, onun əleyhinə ifadələr istəsələr də, razı olmayıb. Nəticədə özü həbsə atılıb.

XS
SM
MD
LG