Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:04

Nardaranda ölənlərin sayı artdı


Nardaran
Nardaran

-

Noyabrın 26-da Nardaranda atışma zamanı ölənlərin sayı 7-yə çatıb.

Bu haqda AzadlıqRadiosuna qəsəbə sakini Hidayət Nəbiyev məlumat verib.

Atışmada yaralanan Fərail Bünyatov xəstəxanada vəfat edib. Onun qardaşı Rafael Bünyatov isə iki gün öncə elə atışma zamanı ölmüşdü.

Hidayət Nəbiyev yaralılarla görüşə icazə verilmədiyini, onların vəziyyətindən xəbərsiz olduqlarını bildirir.

Kənd camaatı ölənlərin cənazəsini gözləyir. Bünyatov qardaşları və Əkbər Babayev Nardaran sakinidirlər və yerli qəbiristanlıqda dəfn ediləcəklər. Qəsəbəyə qonaq gəldiyi deyilən Sərvan Səfərovun və Abbas Hüseynin nəşi isə yaşadıqları Masallı və Gəncəyə yola salınacaq.

QƏBİRLƏR QAZILIB, MEYİTLƏRSƏ HƏLƏ DƏ QAYTARILMAYIB

Nardaranlılar İmam Hüseyn meydanında iki gün öncə polisin keçirdiyi əməliyyat zamanı ölənlərin cənazəsinin geri qaytarılmasını gözləyir. Kənd ağsaqqalı Natiq Kərimovun dediyinə görə, onlara meyitlərin qaytarılmaması ilə bağlı heç bir izahat verilmir: «Biz hər cür söhbət etdik onlarla. Dedik ki, torpaq kədəri soyudur. Daha bundan artıq nə deyək? Hansı dildə danışaq? Şəhidlərimizi versinlər bizə».

Qəsəbə sakinləri AzadlıqRadiosunun əməkdaşına deyiblər ki, kənd qəbiristanlığında artıq dörd nəfər üçün qəbir də qazılıb. Onlar dini adətlərə görə, həmkəndlilərini qısa vaxt ərzində dəfn etmək istəyirlər.

TAKSİLƏR İŞLƏMİR, AVTOBUS 1 SAATDAN BİR GƏLİR

Qəsəbənin girəcəyində yaradılan postlardakı yoxlamalar bəzən uzun tıxaclar yaradır. Buna görə də metronun «Koroğlu» stansiyasının yaxınlığındakı taksilər Nardarana müştəri aparmaqdan imtina ediblər. Onlar uzun tıxaclarda vaxt itirdiklərini deyirlər.

Qəsəbəyə işləyən avtobusların işində də problem yaranıb. «15-20 dəqiqədən bir gələn avtobuslar indi 1 saat intervalla işləyir», - kənd sakinlərindən biri AzadlıqRadiosunun əməkdaşına söyləyib.

XS
SM
MD
LG