Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:39

Hörmətli adamlar... Necə də dələduzdurlar!


Emile Zola
Emile Zola

-

Emile Zola nə deyirdi?

- Mən sənətkaram: bu həyata niyə gəldiyimi soruşsanız, uca səslə yaşamağa gəlmişəm.

- Həqiqəti torpağa basdırsanız, orada böyüyəcək, bir gün partlayacaq, elə partlayacaq ki, yolunda dayanan hər şeyi darmadağın edəcək.

Emile Zola. Məzarüstü heykəl
Emile Zola. Məzarüstü heykəl

- Bir adama qarşı ədalətsizlik bütün insanlara qarşı ədalətsizlikdir.

- Mənim bir ehtirasım var: qaranlıqda saxlananların gözlərini açmaq, - çox əzablar görmüş, indi xoşbəxtliyə layiq olan insanlıq xatirinə.

- Hörmətli adamlar... Necə də dələduzdurlar!

- Fikir dünyanın gübrəsidir.

- İstedad olmadan yazıçı olmaq olmaz, amma öz üzərində çalışmadan o istedad bir işə yaramaz.

- Ədalət yalnız həqiqətdən, səadət yalnız ədalətdən doğa bilər.

- Məncə, bir şeyin fotosunu çəkmədən, onu gördüyünü iddia edə bilməzsən.

- Mənim vəzifəm danışmaqdır, cinayət ortağı olmaq istəmirəm. Yoxsa gecələrim orada, ən qorxunc işgəncə içində, etmədiyi bir cinayətin cəzasını çəkməkdə olan günahsızın kabusuyla dolub daşacaq.

- Bəli! Bu rüsvayçı tamaşanı izləyirik, borclar və suçlar altında əzilmiş adamlar təqsirsiz elan edilir, əvəzində dürüst, ləkəsiz bir adam cəzalandırılır. Cəmiyyət bu nöqtəyə gələndə artıq çürüməyə başlayır.

- Gözəllik, mükəmməllik mənim vecimə deyil. Məni qayğılandıran yalnız həyatdır, mübarizədir, gücdür.

XS
SM
MD
LG