Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:39

Rusiyanın məqsədi Türkiyəni zəiflətməkdir


Türkiyə prezidenti Receb Tayyib Erdoğan və Rusiya prezidenti Vladimir Putin
Türkiyə prezidenti Receb Tayyib Erdoğan və Rusiya prezidenti Vladimir Putin

-

Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra iki ölkə arasında artan gərginlik fonunda Rusiyanın müdafiə nazirliyi Suriya və İraqdan Türkiyəyə neft daşınmasına dair “faktlar” təqim etmişdi. Türkiyə rəhbərliyi isə bunları böhtan adlandırmışdı.

“Atlantika Şurası” araşdırma mərkəzinin şərhçisi Aaron Stein Azadlıq Radiosuna müsahibəsində bildirib ki, sərhəddə neft alveri faktı doğru olsa da, bu, qaçaqmalçılıq səviyyəsindədir. Türkiyə dövləti bunun qarşısını almağa çalışır. Rusiyanın məqsədi isə Türkiyəni gözdən salmaq, Suriyada onun mövqelərini zəiflətməkdir.

Aaron Stein
Aaron Stein

RFE/RL: İŞİD-in neft ticarətində Türkiyənin də rolu olduğuna dair Rusiyanın ittihamları ilə bağlı nə deyə bilərsiniz? Bu iddianın əsası varmı?

- Türkiyənin, əlbəttə ki, rolu var. O mənada ki, İŞİD özünün təchizatı üçün Türkiyə sərhədindən istifadə edir. Hardasa bir il ərzində bunun qarşısını almaq üçün çox az iş görülüb. Amma son 6 ayda Türkiyə hökuməti bu istiqamətdə ciddi addımlar atır. Patrulların sayı artırılır, sərhədi keçən nəqliyyat vasitələrinin yoxlanışı intensivləşdirilir. Ancaq orada qanunsuz neft ticarəti onillər boyu aparılıb. Ona görə də, qaçaqmalçılar nəzarətdən yayınmağın yollarını bilirlər.
Bundan başqa, Rusiyanın özünün də bu işdə rolu var. Belə ki, onun əsas müştərisi Bashar Assadın bənzər qaçaqmalçılıq şəbəkəsi mövcuddur. Bir sözlə, orada bütün tərəflərin faydalanmağa çalışdığı bir müharibə iqtisadiyyatı var.

RFE/RL: Rusiya Müdafiə Nazirliyinin dekabrın 2-də nümayiş etdirdiyi İŞİD-in ticarət marşrutu barədə nə deyə bilərsiniz? Belə bir marşrut varmı?

- Rusiyanın təqdimatından belə anlaşılır ki, Suriyada İŞİD-ın nəzarəti altında olan ərazidə yüklənən neft PYD-nin (Suriya kürdlərinin Demokratik Birlik Partiyası-red.), nəzarət etdiyi ərazidən keçməklə Türkiyəyə gətirilir. Çox güman ki, PYD İŞİD-dən aldığı neftin bir hissəsini doğrudan da qara bazar vasitəsilə Türkiyə ərazisinə ötürür. Amma böyük ehtimalla bu prosesə Türkiyə hökumətinin heç bir aidiyyəti yoxdur. Əksinə, bu qaçaqmalçılıq Türkiyə üçün böyük problemdir. Türkiyə ilə PYD-nin ünsiyyət saxladığı doğrudur. Ancaq onların İŞİD-in neftindən faydalanmaq üçün liderlər səviyyəsində əlbir olub iş gördüyünü iddia etmək absurddur.

RFE/RL: Noyabrın 24-də Su-24 təyyarəsinin vurulmasından sonra Rusiyanın Suriyadakı davranışı dəyişibmi?

- İndi onlar Türkiyənin maraqlarını birbaşa hədəf almağa başlayaraq, Ankaranın yaxın aylarda İŞİD-dən tamamilə təmizləyəcəyini elan etdiyi əraziləri də vururlar. Bununla da İŞİD-in Hələbdə irəliləməsinə kömək etmiş olurlar. Eyni zamanda, Fəratın Qərb sahilində YPG-yə (PYD-nın silahlı qanadı-red.)yardım göstərilməsi Ankara üçün qırmızı xəttın keçilməsi deməkdir. Ona görə də Rusiya YPG-ni gücləndirib bu əraziyə hücuma sövq etməklə İŞİD-ə qarşı koalisiyada çat yaratmağa və Türkiyəni zəiflətməyə çalışır.

XS
SM
MD
LG