Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:21

MTN-in əsasında iki xidmət yaradıldı


Mədət Quliyev
Mədət Quliyev

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 14-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında Fərman imzalayıb.

Sərəncama əsasən bu qurumların ikisi də Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılıb.

Mədət Quliyev prezidentin sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov isə Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilib.

Məlumatı Prezident.az saytı yayıb.

Qeyd edək ki, Milli Təhlükəsialik Nazirliyinin keçmiş sədri Eldar Mahmudov oktyabrın 17-də vəzifədən kənarlaşdırılıb.

MTN-nin keçmiş generalı Akif Çovdarov da daxil olmaqla azı 20-dən çox adam saxlanıb və çoxlarının barəsində həbs-qətimkan tədbiri seçilib.

Həmçinin bu qalmaqala görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və nazirliyin digər səlahiyyətli şəxsləri işdən azad olunub.

Həmçinin bax: AzadlıqRadiosunun Youtube kanalında izlə​

XS
SM
MD
LG