Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:45

«ABŞ-ın mülayim çağırışları zamanında eşidilsəydi»


Mehman Əliyev
Mehman Əliyev

-

ABŞ-ın Azərbaycana qarşı sanksiyaları nə dərəcədə realdır?

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev ABŞ-dan və Avropadan eyni vaxtda gələn təpkilərin gözlənilən olduğunu deyir: «Aparılan siyasət nəticə olaraq gətirib buna çıxarmalı idi. Əslində, vəziyyət kifayət qədər ağırdır, çətindir. Təəssüflər olsun ki, Qərb buna indi reaksiya verməyə başlayıb. Demokratik qüvvələrsə bu tipli addımların atılmasını çoxdan təklif edirdilər. Mən yenə deyirəm, təəssüflər olsun ki, hakimiyyət vəziyyəti düzəltməyi düşünmür, amma bu, olmalı idi».

««DEMOKRATİYA AKTI» QÜVVƏYƏ MİNƏ BİLƏR»

Mehman Əliyev belə deyir: «Avrasiya məkanında, xüsusən də avtoritar rejimlərdə hansı proseslər getdiyini görürük. Məsələn, Venesuela dəyişikliyə getdi, İran da dəyişikliyə gedir, biz görürük, Rusiyada çalışırlar nəsə etsinlər... Mən düşünürəm ki, bu prosesin tamamlanması üçün növbəti addımlar atılacaq. Mən hesab edirəm ki, bu prosesin başında duran və buna birbaşa təsir edən ABŞ-dır. Və bunun davamı olacaq. Bu cür böyükmiqyaslı siyasət elə-belə aparılmır. Demokratiyaya keçidlə bağlı 2010-cu ildən bəri davamlı dəvətlər səslənir. Səfirlər Bryza, Morningstar, indiki səfir səviyyəsində çağırış olub. Bu çağırışlar zamanında eşidilsəydi, indi fərqli vəziyyət olardı. Bu mülayim dəvətlər elə-belə deyildi. Ancaq biz artıq başqa addımlar atıla biləcəyini də görürük. Azərbaycan dəyişikliyə getməsə, ciddi addımlar atılacaq».

ABŞ MƏSƏLƏYƏ QARIŞA BİLƏR

Mehman Əliyevin qənaətincə, ölkədə hərtərəfli - sosial, iqtisadi, ictimai və siyasi böhran başlanıb: «Hakimiyyət daxilində baş verənlər, istefalar, həbslər də böhranın nəticəsidir. Ölkənin təhlükəsizlik bünövrəsi olan sistem - MTN nə gündədir, biz hamımız bir yerdə gördük. Bunun hamısı böhrandır. Bu vəziyyətdən çıxmaq üçün hakimiyyət addım atmalıdır, çox ciddi, hərtərəfli islahatlara getməlidir, yeni kurs elan olunmalıdır. Əks halda, böhran dərinləşəcək, ölkədə sosial-iqtisadi gərginlik artacaq və nəticə olaraq ictimai-siyasi gərginlik həddinə çatacaq. Bu, hansı fəsadlara çıxaracaq, Allah bilir... Biz bunları görmüşük, açığı, mən bunu bir daha yaşamaq istəmirəm».

Mehman Əliyev son olaraq deyir ki, ABŞ üçün Azərbaycanda siyasi sabitlik önəmli məsələdir. Azərbaycanda indiki siyasi vəziyyət qeyri-sabitlik yarada bilər deyə, ABŞ-ın prosesə qarışması mümkündür.

XS
SM
MD
LG