Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:28

Yerə yaşayış üçün yararlı ən yaxın planet tapıldı


Wolf 1061
Wolf 1061

-

Avstraliyadan olan astronomlar Yerdən 14 işıq ili məsafədə yeni qalaktika – ulduzlar topası kəşf ediblər. Çəkisi Yerin çəkisindən 4 dəfə çox olan planet, “Wolf 1016” adlı qırmızı сırtdanın ətrafında fırlanan üç planetdən biridir.

Bu barədə “Astrophysical Journal Letters” nəşrində məqalə dərc olunub.

“Bu son dərəcə maraqlı kəşfdir. “Wolf 1016”nın hər üç planetinin çəkisi kifayət qədər azdır. “Wolf 1016c” adlı orta planet “yaşayış zonası”nın mərkəzi hissəsində yerləşir, ona görə də orada maye halında su mövcud ola bilər, bu isə o deməkdir ki, orada həyatın yaranması potensialı var” – deyə Yeni Cənub Uels universitetindən tədqiqatın rəhbəri Duncan Wright qeyd edib.

Wright və onun həmkarları planetləri Çilidə La-Silyada rəsədxanasında 3,6 metrlik teleskopda HARPS spektroqrafı vasitəsi ilə ulduz sisteminin müşahidəsi zamanı kəşf ediblər.

Tədqiqatçılar bildiriblər ki, planetin Yer kürəsinə yaxın olması burada atmosferin tərkibini öyrənməyə yardımçı olacaq. Bu isə, öz növbəsində, onun həyat üçün yararlı olub-olmasını müəyyən etməyə kömək edəcək.

Yeni rekord göstərici

Avstraliyalı alimlər tərəfindən kəşf edilən üç planet nisbətən kiçik və sabit ulduz ətrafında 5, 18 və 67 gün ərzində dövrə vururular. Onların çəkiləri təxminən 1,4 4,3 və 5,2 dəfə Yerin çəkisindən çoxdur.

“Yaşayış zonası”nın sərhədində yerləşən planet də bərk səthə malikdir, lakin burada həyat üçün lazımi istilik yoxdur. Eyni zamanda, digər planet öz ulduzuna çox yaxındır və bu səbəbdən bu dünya da həyat üçün yararsızdır.

Bununla da “Wolf 1016c”nin hər üç planeti yeni rekord göstərici hesab olunur. Bundan öncəki rekord Yerdən 22 işıq ili məsafədə olan “Gliese 667C” qırmızı cırtdana məxsus idi. Onun ətrafında altı ya yeddi planet dövrə vurur, onlardan üçün “yaşayış zonası”na daxildir.

Wright-ın dediyinə görə həmin planetləri Yerdən görmək mümkün deyil, amma daha az məsafədə olan “Wolf 1016”nın planetlərini tranzit teleskoplarla müşahidə etmək mümkündür.

XS
SM
MD
LG