Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:30

Elmar Məmmədyarov: Ermənistan nəyi gözləyir?


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

-

«ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın münaqişənin həlli istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndiririk».

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Rusiya xarici işlər naziri Sergei Lavrov-un Qarabağ nizamlanması ilə əlaqədar münaqişə tərəflərinə təkliflər verdiyini deyən E.Məmmədyarov qeyd edib ki, bu təkliflər ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətləri tərəfindən də dəstəklənir:

«Təsadüfi deyil ki, bu təkliflərin müzakirəsi ilə əlaqədar 2014-cü il ərzində Lavrov Bakıda və Yerevanda işgüzar səfərlərdə olub, təkliflərlə əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ilə fikir mübadiləsi aparıb. Bu təkliflər 2014-cü il ərzində prezidentlərin Soçi, Nyu-Port və Paris görüşləri zamanı əldə edilmiş razılaşmaları ehtiva edərək, yenilənmiş Madrid prinsipləri əsasında hazırlanıb. Altı bənddən ibarət olan yenilənmiş Madrid prinsipləri isə geniş ictimaiyyətə bəllidir. Burada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafında olan işğal edilmiş rayonların mərhələli şəkildə işğaldan azad edilməsi, o cümlədən digər məsələlər əks olunub. Beləliklə, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən dəstəklənən və yenilənmiş Madrid prinsipləri əsasında hazırlanmış təkliflərdən çıxış edərək hərtərəfli sülh sazişinin hazırlanması prosesinə başlamağın vaxtıdır. Bəs Ermənistan nəyi gözləyir?» - deyə XİN rəhbəri sual edir.

XS
SM
MD
LG