Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:18

Hacı Məmmədov yeni məhkəmə tələb edir


Hacı Məmmədov
Hacı Məmmədov

-

Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, Bakıda çoxsaylı qətllər və adam oğurluğunda ittiham edilmiş Hacı Məmmədov cinayət işinin yenilənməsini istəyib.

Bunu Trend-ə H.Məmmədovun vəkili Afət Qazıyeva məlumat bildirib.

Vəkil deyib ki, Hacı Məmmədovla görüşüb və onun barəsində olan cinayət işinin yenilənməsi ilə bağlı müzakirə aparıb.

Vəkil Hacı Məmmədovla görüşdən sonra cinayət işinin yenilənməsi barədə aidiyyəti qurumlara müraciət etdiyini bildirib.

H.Məmmədov 2005-ci il martın 10-da Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib.

O, adam oğurluğunda və bir sıra qətllər törətməkdə ittiham olunub.

Hacı Məmmədov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılır.

XS
SM
MD
LG