Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:58

Süni mayalanmaya donorluq yasaqlana bilər


Körpələr
Körpələr

-

Milli Məclisin Səhiyyə Komitəsi sədrinin müavini Musa Quliyev Trend-ə bildirib ki, «Reproduktiv sağlamlığın qorunması haqqında» qanun layihəsi parlamentin yaz sessiyasında müzakirə üçün yenidən hazırlanacaq. Layihənin yeni variantında mübahisə doğuran bütün məsələlərin çözüləcəyi gözlənilir.

Onun sözlərinə görə, ekstrokorporal mayalanma gerçəkləşdirilərkən yalnız ata və ananın hüceyrələrindən istifadə məsələsi layihəyə daxil ediləcək: «Ata və ananın hüceyrəsi ekstrokorporal mayalanmada fəaliyyət qabiliyyətində deyilsə, onda donor üçün başqa insanın yumurta hüceyrəsi, yaxud kişi cinsi hüceyrəsi götürülür. Ancaq mayalanma ana və atanın öz hüceyrələrindən baş verirsə, bu, artıq donorluq sayılmır. Qafqaz Müsəlmanları İdarəsi də donorluq məsələsinə razılıq vermirdi. Buna görə də biz donorluğu layihədən çıxara və Azərbaycanda donorluğa qadağa qoyulması məsələsinə baxa bilərik».

«SÜNİ MAYALANMAYA LİSENZİYA ALINMALIDIR»

M.Quliyev qanun layihəsinin mövcud variantında ekstrokorporal mayalanmanın həm dövlət, həm özəl, həm də bələdiyyə klinikalarında tətbiqinə icazə verildiyini xatırladır. O, daha sonra Səhiyyə Nazirliyinin bununla razılaşmadığına, ekstrokorporal mayalanmanın tətbiq olunacağı klinikaları müəyyənləşdirmə səlahiyyətinin Nazirlər Kabinetinə verilməsini təklif etdiyinə diqqət çəkir və bunu doğru yanaşma sayır.

M.Quliyevin fikrincə, süni mayalanma icbari tibbi sığortanın tərkibinə aid edilə bilər: «Belə olarsa, aztəminatlı və sonsuzluq problemi ilə üzləşən ailələr də bu bahalı prosedurdan yararlanacaqlar».

«Reproduktiv sağlamlığın qorunması haqqında» qanun layihəsinin son variantına görə, somatik və psixi cəhətdən sağlam, ailəli, azı bir uşağı olan, yaşı 35-dək olan kişi və qadınlar müvafiq tibbi və genetik müayinədən keçdikdən sonra mayalanma xüsusiyyətinə malik reproduktiv hüceyrələrin donoru ola bilərlər.

«Reproduktiv sağlamlığın qorunması haqqında» qanun layihəsinin müzakirəsi milli mentalitetə uyğun gəlməməsi səbəbindən bir neçə dəfə ertələnib.

XS
SM
MD
LG