Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:34

Valyutadəyişmə məntəqələri işləyir


Valyuta məzənnələri - 30 dekabr 2015
Valyuta məzənnələri - 30 dekabr 2015

-

Dekabrın 30-da Bakının mərkəzindəki valyutadəyişmə məntəqələrinin çoxu açıqdır.

Satış olan məntəqələrdə 1 dollar 1.6 manata alınır, 1.72-1.75 manata satılır.

Mərkəzi Bankın dekabrın 30-na olan rəsmi məzənnəsinə görə isə, 1 ABŞ dolları 1.5594 manata bərabərdir.

Azər Türk Bank-ın qarşısında növbə.
Azər Türk Bank-ın qarşısında növbə.

Ancaq qapısı bağlı olan məntəqələr də var. Həmin məntəqə sahibləri indiki alverin onlara sərf etmədiyini deyirlər.

Bank filiallarının çoxunda isə tabloda alış-satış qiymətləri göstərilsə də, ancaq alış var, satış yoxdur.

Valyuta məzənnələri - 30 dekabr 2015
Valyuta məzənnələri - 30 dekabr 2015

Dekabrın 29-dan fərqli olaraq, fəaliyyət göstərən məntəqələrdə izdiham yoxdur.

Metronun «28 May» stansiyası ətrafında isə ara-sıra hələ də «qara bazar» alverçilərinə rastlanır.

XS
SM
MD
LG