Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:49

İlham Əliyev: «Biz heç kimdən və heç nədən qorxmuruq» (Video)


Prezident İlham Əliyevin Yeni İl çıxışı
Gözlə

No media source currently available

0:00 0:14:15 0:00

Prezident İlham Əliyevin Yeni İl çıxışı

-

«Bizə qarşı olan təzyiqlər, hədə-qorxular bizim siyasətimizə zərrə qədər təsir etmir və etməyəcək. Biz heç kimdən və heç nədən qorxmuruq».

Bunu prezident İlham Əliyev 2016-cı - Yeni illə bağlı xalqa müraciətində deyib.

Xəbəri president.az saytı yayıb.

İlham Əliyev deyib ki, bu, növbəti illərdə də belə olacaq: «2016-cı ildə də və bundan sonrakı illərdə də Azərbaycan prinsipial siyasətdən dönməyəcək, müstəqil siyasət aparacaq və bizə qarşı kampaniya aparmaq istəyənlər bunu nəzərə alsınlar. Onların səyləri əbəsdir, bizim siyasətimizə təsir etmir və heç vaxt etməyəcəkdir».

Gəlirlərimiz kəskin şəkildə azalıb

Prezident çıxışında deyib ki, 2015-ci ildə neftin qiymətinin üç dəfə aşağı düşməsini ilin əvvəlində təsəvvür etmək mümkün deyildi: «Bizim gəlirlərimiz kəskin şəkildə azalıb, milli valyutamız manat devalvasiyaya uğradı. Ancaq yenə də biz çalışırdıq, çalışırıq və çalışacağıq ki, bu vəziyyət insanların yaşayış səviyyəsinə təsir etməsin. Xüsusilə istehlak qiymətlərinin sabit saxlanması bizim əsas vəzifəmizdir».

Prezident deyib ki, Azərbaycanın gəlirləri kəskin şəkildə azalsa da, sosial proqramlar təxirə salınmayıb.

Ermənistan sülh istəmir

Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən prezident deyib ki, 2015-ci ildə bu istiqamətdə heç bir irəliləyiş olmayıb: «Ermənistan sülh istəmir. Münaqişəni uzatmaq istəyirlər, vaxt udmaq istəyirlər. Danışıqlarda özlərini qeyri-səmimi aparırlar və müxtəlif bəhanələrlə çalışırlar ki, bu danışıqlar prosesi daim davam etsin. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Ancaq öz prinsipial mövqeyimizdən dönməyəcəyik və lazım olarsa hərbi gücdən istifadə etmək bizim suveren hüququmuzdur».

Azərbaycan demokratiya yolu ilə gedir

İlham Əliyev 2015-ci ildə keçirilən parlament seçkilərinin şəffaf və ədalətli olduğunu deyib: «Azərbaycan demokratiya yolu ilə gedir, inkişaf yolu ilə gedir və bu, bizim şüurlu seçimimizdir».

Prezidentin 31 dekabr, 2015-ci il televiziya ilə müraciətinin tam mətni və görüntüləri.

XS
SM
MD
LG