Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:41

Büdcəyə yenidən baxıla bilər


Prezident İlham Əliyev və ailə üzvləri Zirədə eko-parkda
Prezident İlham Əliyev və ailə üzvləri Zirədə eko-parkda

Dövlət büdcəsinə yenidən baxıla bilər. Dekabrın 30-da Zirə Mədəniyyət Mərkəzinin və ekoparkın açılışında çıxış edən prezident İlham Əliyev belə deyib: «Hesab edirəm ki, gələn ilin əvvəlində biz dövlət büdcəmizə yenidən baxmalıyıq. Dürüstləşmə aparılmalıdır və orada həm insanların sosial təminat məsələləri öz həllini tapacaq, həm investisiya məsələləri ki, biz 2016-cı ildə uğurla inkişaf edək. Bax, bizim vəzifəmiz bundan ibarətdir».

Mövcud büdcə variantı 2011-ci il səviyyəsində proqnozlaşdırılıb və gəlirlə - 14 milyard 566 milyon manat, xərclər - 16 milyard 264 milyon manat məbləğində təsdiqlənib.

«Sosial xərclərin indeksasiyasına ehtiyac var»

Azerbaijan -- economist Vugar Bayramov - 17Jan2014
Azerbaijan -- economist Vugar Bayramov - 17Jan2014

İqtisadçı ekspert Vüqar Bayramov da 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılmasının vacibliyini düşünür: «Manatın 2-ci devalvasiyası istehlak bazarında qiymətləri artırdı. Bu üzdən sosial xərclərin indeksasiyasına ehtiyac var. Büdcədə əməkhaqqı, pensiya, təqaüd və digər sosial müavinətlərin proqnozlaşdırılan inflyasiya səviyyəsinə indeksasiyası həyata keçirilməlidir. Çünki devalvasiya əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməməlidir».

«Sosial xərclərin 25 faiz artırılması mümkündür»

Ekspert xatırladır ki,l büdcədə 5 milyard 867 milyon manat sosial xərclər üçün nəzərdə tutulub: «Manatın devalvasiyası eyni zamanda Neft Fondunun vəsaitlərinə qənaət etməyə imkan verdi. Bu səbəbdən, inflyasiyanı nəzərə alaraq, sosial xərclərin 25 faiz artırılması və 7 milyard 334 milyon manata çatdırılması mümkündür».

«İnfrastruktur xərclərinə qənaət etməklə...»

Vüqar Bayramovun fikrincə, infrastruktur xərclərinə qənaət hesabına real sektora birbaşa sərmayə də qoyulmalıdır: «Neftin bazar qiymətinin aşağı düşdüyü bir dövrdə dövlət büdcəsi növbəti illər üçün investisiya mənbəyi funksiyasını da genişləndirməlidir. Beləcə, qoyulan sərmayələr yeni iş yerlərinin açılması ilə nəticələnər. O baxımdan, dövlət büdcəsinə dəyişikliklər xərclərin bölgüsündə də özünü göstərməlidir»

XS
SM
MD
LG