Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:24

İşadamı: “Bu gün elə gömrükdəydim, gördüm ki...”


İllüstrasiya. Gürcüstanla sərhəddə Azərbaycan gömrüyü
İllüstrasiya. Gürcüstanla sərhəddə Azərbaycan gömrüyü

"Bu gün (yanvarın 6-da - red.) elə gömrükdəydim, orda brokerlər də, inhisarçıların adamları da yoxdu, elə mülki adamlar da yoxuydu.

Ancaq gömrük sisteminin işçiləridir. Hal-hazırda Gömrük Komitəsində Azərbaycana idxal edilən malların qiymətlərini tənzimləyirlər. Bu gün Gömrük Komitəsində sistem, proqramlar işləmir, əməliyyat getmir. Hamı gözləmə mövqeyindədir."

Sahibkar Bədrəddin Quliyev iddia edir ki, bu söylədiklərini Gömrük Komitəsində gözüylə görüb. Onun dediyinə görə, Komitədə sistem dəyişdirilir:

– Bu gün gömrük sistemində inhisarçılıq, broker qurumları ləğv olunur. Ölkəyə idxal olunan malların qanuni sənədləşdirilməsi proseduru başlayıb. Düzdür, hazırda Azərbaycanda buna hazır deyillər. 85 faiz qanunsuz olaraq broker vasitəsilə işləyib. Baş verən proseslərdən çoxunun xəbəri yoxdur. Biz yeni bir dövrə giririk.

Bədrəddin Quliyev nikbin danışır. Ancaq bir şeyə təəssüflənir ki, bu addım gecikib. Onun sözlərinə görə, hökumət gömrük islahatına devalvasiyadan öncə start versəydi, yerli istehsal üçün stimul yaranardı və ölkənin potensialı artardı, neftin ucuzlaşması ölkənin güzəranına belə ciddi təsir vurmazdı. Amma ziyanın yarısından qayıtmağı da karlı sayır. Bədrəddin Quliyev hətta növbəti aylarda işlərini genişləndirməyi də düşünür.

Buna da bax: Əmanətçilər Mərkəzi Bankı məhkəməyə verdilər

“GÖMRÜK KOMİTƏSİ LƏĞV OLUNACAQ”

Nazim Məmmədov
Nazim Məmmədov

İqtisadçı Nazim Məmmədov da ölkə başçısının iqtisadiyyatın liberallaşdırılması yönündə ciddi addımlar atacağını, dövlət xərclərinin azaldılması üçün bəzi dövlət qurumlarının ləğv olunacağını düşünür. O, islahatlara Gömrük Komitəsindən başlanılmasını isə daha məqsədəuyğun sayır:

– İstənilən halda, Azərbaycan idxaldan asılı ölkədir. Təxmini hesablamalarıma görə, əsas istehlak mallarının, qida məhsullarının 75-80 faizi ölkəyə xaricdən gətirilir. O məhsulları da müxtəlif broker şirkətləri, monopolistlər və yaxud Gömrük Komitəsinin lisenziya verdiyi qruplar çox aşağı qiymətə rəsmiləşdirir. Beləliklə də, dövlət büdcəsindən kifayət qədər böyük rəqəmlər yayındırılır. Bunun nəticəsində həm büdcəyə ziyan dəyir, həm də vətəndaş bahalı mal alır. Çünki başqa sahibkarın həmin malı ölkəyə idxal etmək imkanı yoxdur. Buna ölkə başçısı bir neçə dəfə hökumətin müşavirələrində təpki göstərib. Ümid edək ki, bizim proqnozlar doğrulacaq, mən Gömrük Komitəsinin ləğv ediləcəyini proqnozlaşdırıram. Əksər ölkələrdə Gömrük Komitəsi yoxdur, ən böyük ölkələrdə belə o xidmət kimi fəaliyyət göstərir.

Hələlik hökumət səviyyəsində Gömrük Komitəsi ilə bağlı açıqlama verilməyib. Sadəcə, son günlər mediada sözügedən dövlət qurumunda islahatlar aparılması haqda təsdiqlənməyən məlumatlar yazılmaqdadır. (Ardı aşağıda)

Prezidentin gömrük haqda fərmanı nəyi dəyişəcək?
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

Buna da bax: “Charlie Hebdo” tanrının da karikaturasını çəkdi

“MƏSULİYYƏTDƏN YAYINMAQ İSTƏYİRLƏR”

Yanvarın 5-dəsə Gömrük Komitəsi fiziki şəxslər üçün bəzi qaydaları sadələşdirdiyini bəyan edib. Söhbət vətəndaşın bəyannaməni internet vasitəsilə doldura biləcəyindən gedir.

Nazim Məmmədov Komitənin bu addımını belə izah edir:

– Prezidentin çıxışından sonra son günlər ictimaiyyətdən gələn təpkinin qarşısını azaltmaq üçün öz yaratdıqları problemləri virtual olaraq kiminsə üzərinə qoymağa cəhd edirlər. Guya bunlardan xəbərsiz baş verib hər şey, məsuliyyətdən yayınmaq istəyirlər. Mən kiminsə məsuliyyətdən yayınmasını mümkün saymıram. Mən ölkə başçısına inanıram və onun islahat aparmaq əzmini yüksək qiymətləndirirəm. Ona hər cür dəstək verməyə də hazıram.

“BAXAQ, GÖRƏK...”

Vahid Əhmədov
Vahid Əhmədov

Gömrük Komitəsindən bununla bağlı mövqe ala bilmədik. Deputat Vahid Əhmədov da moderator.az-aaçıqlamasında bu haqda fikir bildirməyə tələsməyib:

“Biz bilirik ki, bu gün ölkənin bəzi sahələrində monopoliyalar mövcuddur, bu da süni şəkildə qiymət artımına səbəb olan başlıca amillərdəndir. Bildiyimiz kimi, dekabrın 30-da Gömrük Komitəsində kollegiya iclası keçirilib. İclasda ölkəyə gətirilən məhsulların sadələşdirilmiş bir pəncərə sistemi vasitəsi ilə həyata keçirilməsi planlaşdırılıb. İndi baxaq, görək bu istiqamətdə hansı tədbirlər görülür, yalnız bundan sonra yaranmış yeni situasiya ilə bağlı fikir bildirmək olar”.

Adını açıqlamayan bir işadamı isə AzadlıqRadiosuna Gömrük Komitəsində dəyişikliklər gedəcəyinə şübhəylə yanaşdığını deyir. Ona görə də bu haqda danışmaq istəmədiyini söyləyir və hökumətin 2011-ci ildə başladığı korrupsiya ilə mübarizəni yada salır. O, gömrükdə aparılacaq “islahatları”nda eyni aqibətlə nəticələnəcəyini deyir.

XS
SM
MD
LG