Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:29

«Exchange»lər bağlanarsa...


►Ekspert: “Elə olsa, “qara bazar” genişlənəcək”

Mövcud “exchange»ləri – valyutadəyişmə məntəqələrini devalvasiyanın ilk qurbanlarından saymaq olar. Azərbaycan banklarının filial və şöbələrindən kənardakı belə məntəqələr bağlanmaqdadır. Bununla bağlı Azərbaycan Mərkəzi Bankından da göstəriş verilib. Artıq bir neçə bank “exchange”ləri qapatdığını bildirib.

Trend xəbər verir ki, valyutadəyişmə məntəqələrinə elə bankların rəhbərliyindən belə göstəriş gəlib. Mediada "Zaminbank", “Atrabank”, “Yunayted Kredit Bank”, "AGBank" və "TuranBank"ın da valyutadəyişmə məntəqələrini qapadacağı barədə xəbərlər yayılıb.

Buna da bax: Erdogan deyir ki, partlayışı intiharçı törədib- [Fotolar, Video]

“Məntəqələrin çoxu de-yure bankların olsa da...”

Bank məsələləri bilicisi Əkrəm Həsənov olub-bitənləri gözlənilməz saymır:

“Bu məntəqələrin çoxu de-yure bankların olsa da, reallıqda bank rəhbərləri ilə qeyri-rəsmi iş birliyinə girən sahibkarlara məxsusdur. Faktıkı “françayzinq”dir (Azərbaycan dilində “françazinq” kimi tələffüz edilən “franchising” müqaviləyə əsaslanan birbaşa bütünləşmiş marketinq – bazarlama sistemidir. Bu sistemdə müstəqil yatırımçı bəlli bir müddət bəlli şərt və hüdudlar çərçivəsində digərinin hüququna dayanaraq, onun əmtəə nişanından yararlanmağa rəsmi icazə alır – red.).

Ekspert bildirir ki, böhran yaşandığından sözügedən məntəqələr nə rəsmən mənsub olduğu bankların, nə də Mərkəzi Bankın sözünə baxmırlar:

“Bank rəhbərləri və Mərkəzi Bank rəhbərliyi həmin sahibkarlar qarşısında gözükölgəlidir. Axı illərboyu bu qanunsuzluğa şərik olublar. Buna görə də məsələni kökündən həll etmək istəyirlər”.

“Yalnız qara bazarın inkişafına təkan veriləcək”

Əkrəm Həsənovun fikrincə, belə davranışın bir hədəfi də - valyuta alışını azaltmaqdır:

“Amma qorxuram ki, nəticədə yalnız qara bazarın inkişafına təkan veriləcək”.

XS
SM
MD
LG