Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:45

Aqil Abbas: "Ağcabədidə özünü öldürmək istəyən olmayıb"


Aqil Abbas
Aqil Abbas

►“Burda bir az təxribat da vardı”

"Rusiyanın zibilini Azərbaycan da çəkir."

Ağcabədidə iş və ucuzluq istəyən əhalinin etirazlarına cavab olaraq yanvarın 15-də icra hakimiyyətində görüş keçirilib. Görüşdə yazıçı, həmin bölgədən deputat seçilən Aqil Abbas da iştirak edib. Onun AzadlıqRadiosuna müsahibəsini təqdim edirik.

Gözlə

No media source currently available

0:00 0:09:54 0:00
Direct-ə keçid

- Aqil bəy, Ağcabədidə işsizliyə, bahalığa etiraz əlaməti olaraq intihara cəhd də olub. Narazı insanlarla görüşmüsünüzmü, maraqlanmısızmı nə baş verir deyə?

- Mən yarım saat bundan qabaq həmin o qaçqınlarla görüşmüşəm. Üç saat çəkib görüş. Görüşdə həm də Xocavəndin, Ağdamın, Ağcabədinin icra başçıları iştirak edirdilər. Həm də dövlətin sosial problemləri ilə məşğul olan orqanlarının rəhbərləri. Ora 200-ə qədər insan dəvət edilmişdi. Qapı açıq idi, kim istəsəydi gələ bilərdi. Orda problemlər qaldırıldı, müəyyəni haqlıydı, müəyyəni haqsız idi. İnsanlara izah olundu ki, bu budu, bu da bu. Ağcabədidə 3 nəfərin damın üstünə çıxıb etirazını bildirməsi söhbəti-filan vardı. İndi o söhbətlər bitdi getdi. İndi orda əmin-amanlıqdır. İnsanlar öz sözlərini dedilər, dövlər adamları o sözləri eşitdilər və görəcəkləri tədbirlərlə bağlı danışdılar. Artıq una görə ƏDV ləğv edilidi. Mən sizə səmimi deyirəm, burda bir az təxribat da var. Yəni müəyyən adamlar insanların hissləri ilə oynayıblar. Hətta özləri də etiraf etdilər. İndi bütün dünyada böhran var, eləcə də Azərbaycanda. Amma bunu bu gün... əldə bayraq eləmək olmaz.

- Təxribata kim çəkib həmin insanları?

- Qoy bunu hüquq-mühafizə orqanları axtarsınlar.

- İndi necədir vəziyyət rayonda?

- O çörək istəyən qaçqınlar var ha, dövlət onların hərəsinə gündə iki dənə pulsuz çörək verir. Kartları var, çörəyin pulu ora oturdulur. İkincisi, siz məcburi köçkün deyilsiniz. Ayda nə qədər işıq pulu, qaz pulu verirsiniz?

- 20-30 manat. Qışda bir az çox.

- Siz yəqin birotaqlı evdə qalırsınız. Qaz pulu, işıq pulu, su pulu ayda 170-180 manat edir. Bəlkə də bir az çox. Bir qaçqın ailəyə zəng vurun öyrənin. Bu dövlət bunları qaz, işıq, su pulundan azad edib. Üçüncüsü, məcburi köçkünlər evlə təmin olunublar. İndi... Təbii ki, işsizlik problemi var. Bu problemin həlli yolunda da fikirləşirlər. Burda süd kombinatı tikirlər, emal kombinatı-filan tikirlər. İmkan daxilində çalışırlar insanları işlə təmin etsinlər. Mən sizə bir söz deyim. Ağcabədidə 167 tibb işçisi – həkim və tibb bacısı çatışmır. Gedib Bakıda oxuyub, elə orda da qalıblar. İşsizliyin müəyyən səbəbləri var. Bunu dövlət planlaşdırmalıdır ki, bir belə müəllimə diplom verilməməlidir. Nə qədər müəllim olar? Amma bunları qoyuram qırağa. Bu camaatın dediklərini, Allah qoysa, parlamentin iclasında çatdıracam dövlətin nəzərinə.

Ağcabədidə etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

- Bu adamların başlıca problemi işsizlikdir. Bu problemin həlli haqqında konkret nə deyildi?

- İş yeri tikirlər, sahibkarlar da yer açır ki, camaatı işlə təmin etsinlər. Amma hamını işlə təmin etmək... Amerikada hamı işlə təmin edilib? Ya İngiltərədə, ya Fransada, ya qardaşımız Türkiyədə? Dövlət qulluq vermirsə, sənə torpaq verir. Get orda soğan ək, ailəni saxla. Məsəl üçün deyirəm ha bunu. Məndə istəyərəm hamı işlə təmin olunsun. İşsizlik problemi ölkədə var, bunu kimsə danarsa, axmaq adam olar. Sadəcə, bütün dünyada gedən iqtisadi böhran var, problemlər var. Hətta Obama da problemlərdən danışdı, Amerika kimi dövlətin başçısı. Amma bunu şişirtmək olmaz. Orta məktəbdə 20 müəllim işləməlidirsə, 21-ciyə ehtiyac yoxdur axı...

- İntihar etmək istəyən Ramil Allahverdiyevə iş verilidimi?

- Mən o adamlarla görüşdüm. Özünü atmaq istəyən olmayıb orda. Sadəcə, etirazlarını bu şəkildə nümayiş etdiriblər. Özünü hara atırdı? Niyə atırdı? Biri aclıqla etirazını çatdırır, biri deyir özümü öldürəcəm, biri deyir Ermənistan vətəndaşı olacam. O da etirazını çatdırdı. Atmadı axı özünü. Onun anasıyla görüşdüm. Şəxsən görüşmədim amma. Anası da tədbirdəydi, sözünü dedi. Sənin 38 var, cavan oğlansan... Ağcabədidə bilirsiz nə qədər sənətkar lazımdır? Bənna, rəngsaz, maşındüzəldən, ev tikən, dərzi. Hamı ev tikir, amma usta tapmır. Hamı deyir ki, direktor olum.

- Ramil deyirdi ki, tikintidə işləyib vaxtilə, indi tikinti sahəsində iş yoxdur. Özü də o direktor yox, süpürgəçi olmağa belə hazır olduğunu söyləyirdi.

- Mənə müraciət etsin, mən ona Ağcabədidə iş tapım... Problemsiz ölkə yoxdur. Bunun həllinə də ölkə çalışır. Mənim fikrimcə, orta sahibkarlıq inkişaf etsə, işsizlik problemi də həll olunar.

- Orta sahibkarlığın inkişafı üçün şərait varmı? Buna imkan verilirmi?

- Buna imkan... Sonuncu müşavirədə də prezident danışdı, sahibkarlığın inkişafı üçün imkanlar artırılacaq. Bəzi rayonlarda buna imkan yaradılıb, bəzilərində yox, şəxsi maraqlar öz işini görür. Mən deyə bilmərəm rüşvət yoxdur. O şəxsi maraqlarla bağlı möhtərəm prezident hamını silkələdi, yəqin daha ciddi tədbirlər görüləcək bundan sonra.

- Sizcə, bu addımlar bir qədər əvvəl, neft ucuzlaşmadan öncə atılsaydı, islahatlar aparılsaydı yaxşı olmazdımı? Indi nə insanlar etiraz edərdi, nə dövlət narahat olardı...

- Neft söhbəti nağıl söhbətdir. Amerikanın və Avropanın Rusiyaya qarşı hücum planıdır, neft də ucuzlaşır. Rusiyanı çökdürmək istəyirlər, Rusiyanın zibilini Azərbaycan da çəkir. Rusiyanı çökdürsələr, düzələcək, çökdürə bilsələr əgər, məncə çökdürə bilməyəcəklər amma. Sözüm onda yox. 1970-80-ci illər Azərbaycanın ən inkişaf etmiş vaxtı idi, bu millət kənd təsərrüfatının hesabına milyoner olub.

- Həmin dövrdə Azərbaycan vətəndaşları mağazada yağ tapmırdılar, Ermənistandan, Gürcüstandan alırdılar. Sonra da ət-yağ talonla oldu.

- Bircə dəqiqə, SSRİ-də də yağı talonla alırdılar, pulsuz verirdilər? Gürcüstanda çölə tökmüşdülər elə gələn aparırdı? Ya Ermənistan guya kef edirdi? Azərbaycan həmişə ermənilərdən də, gürcülərdən də yaxşı yaşayıb. Bircə ət-yağ talonla olub. Bu da Sovet İttifaqının hər yerində olub. SSRİ-nin yağ problemi idi. Bütün dünyada iqtisadi böhrandırsa, Azərbaycan ondan çıxa bilər? İndi gedin baxın...Bəli, Gürcüstanda qiymətlər Azərbaycandan aşağıdır, çünki pul da yoxdur Gürcüstanda.

- Amma orda orta aylıq əməkhaqqı Azərbaycandan çoxdur. Gürcüstanda 387 dollardır, Azərbaycanda isə 296 dollar.

- O faktı göndərin mənə, doğru olsa sizdən üzr istəyəcəm. Nə təhər artıqdır, hə? Gürcüstana gedirəm də, Azərbaycanda orta səviyyəli adam orda milyoner kimi yaşayır. Gürcüstanda qiymət aşağıdır, hə, çünki orda pul da yoxdur. Rüşvət vermirlər. Pul yoxdur çünki. Pul var ki rüşvət versinlər?..

- Qayıdaq Azərbaycana, onun bölgələrinə. Həmin camaata son sözünüz nə oldu?

- Camaat da sözünü dedi, biz də. Camaat da həmin o 3 gənci qınadı. Qınadılar ki, sözlərini rəsmi qurumlara deyə bilərdilər. Bu, təxribat idi. Orda məndən 4 dəfə qəşəng geyinmiş (sağlığına qismət), sifətinə çırtma vursan qan daman (amma mənə çırtma vursan, qan dammaz) adam deyir ki, Aqil Abbas kefdədir. Mənim beş bacım, qardaşım qaçqındır, bütün nəslim, ana tərəfim qaçqındır, çöllərdədir. Mənə deyir ki, kefdədir. Mən kefdəyəm, ... Üzünü həm də mənə tutub deyir k, hələ həqiqi söz danışmayıb bunlar. (əsəbiləşir - red.) Mən ömrümdə səhv söz danışmamışam, ürəyimdən gəlməyən sözü deməmişəm. Elə sözlər demişəm ki, heç hökumət də bir batman balla yeyə bilməz. Sən bunu kimə deyirsən?.. Yəqin o söhbət də çəkilib, Youtube-a qoyulacaq.

P.S. Ağcabədidəki görüşdə hökuməti, parlamenti tənqid edən bir nəfər iclasdan uzaqlaşdırılıb.

XS
SM
MD
LG