Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:27

İrana qarşı sanksiyalar ləğv edilir


Mohammad Javad Zarif
Mohammad Javad Zarif

-

İranın xarici işlər naziri Mohammad Javad Zarif deyir ki, yanvarın 16-da ölkəsi üzərindən beynəlxalq sanksiyalar götürülə bilər.

Zarif Vyanada jurnalistlərə «dünya üçün yaxşı gündür» deyib: «Həmçinin region üçün də yaxşı gündür» - o, sözlərinə əlavə edib.

Avstriya paytaxtında Zarif, ABŞ-ın dövlət katibi John Kerry və AB-nin xarici işlər komissarı Federica Mogherini Tehran ilə Qərb dövlətləri arasında ötən ilin iyulunda əldə olunmuş razılaşmanın müddəalarının necə yerinə yetirildiyini müzakirə edirlər.

Qərb dövlətləri İranı nüvə silahı hazırlamaqda ittiham edirdi və buna görə bir neçə ildir ki, İrana qarşı iqtisadi sanksiyalar qoyulmuşdu. İran bu ittihamları rədd edirdi.

XS
SM
MD
LG