Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:26

Məşədi Natiqi prezident buraxdırıb


Məşədi Natiq
Məşədi Natiq

►"İstintaq həbssiz aparılsın"

Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov prezidentin göstərişi əsasında təcridxanadan azad olunub. Yanvarın 19-da onun ev dustaqlığına buraxılması haqda məlumat yayılıb.

Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov “Yeni Müsavat”a bildirib. Onun sözlərinə görə, daxili işlər naziri Ramil Usubov prezident İlham Əliyevin tapşırığına əsasən, yanvarın 17-də bir qrup Nardaran sakini ilə görüşüb:

“Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə cənab prezidentə minnətdarlıq bildirib, eyni zamanda bəzi problemlərin həllində, o cümlədən ailə vəziyyətlərini nəzərə alaraq həbs olunan qəsəbə sakinlərindən günahı az olan bəzilərinin azadlığa buraxılmasında köməklik göstərilməsini xahiş ediblər”.

Sadiq Gözəlov bildirib ki, nazir Ramil Usubov “prezident İlham Əliyevin Natiq Kərimovun yaşını və səhhətini nəzərə alaraq məsələyə humanistcəsinə yanaşdığını, onun barəsində cinayət işinin istintaqının həbssiz aparılmasına dair tapşırıq verdiyini qəsəbə sakinlərinin diqqətinə çatdırıb”.

Buna da bax: Xəlil Rzanın "Sarsılma, qardaşım!" şeiri (Mirzə Xəzərin ifasında)

Barəsində həbs-qəti imkan tədbiri dəyişdirilən Natiq Kərimov “dövlətə xəyanət”də ittiham olunur. Ötən ilin noyabrında polis Nardaranda əməliyyat keçirib, ikisi polis əməkdaşı olmaqla 7 nəfər ölüb, onlarla adam həbs edilib. Onlara qarşı terror planları hazırlamaq, qanunsuz silah saxlamaq ittihamları irəli sürülüb.

XS
SM
MD
LG