Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:19

London: Moskva ilə dialoq davam etməlidir


David Cameron
David Cameron

-

Böyük Britaniyanın baş naziri David Cameron deyib ki, Rusiya ilə münasibətlərdəki gərginliyə baxmayaraq, Britaniya hökuməti Suriya böhranının nizamlanması yönündə Kremllə danışıqları davam etdirməlidir. O, bu danışıqlarda bütün oyunçuların, istər Səudiyyə Ərəbistanının, istər İranın, istərsə də Rusiyanın iştirakının vacib olduğunu vurğulayıb.

Britaniya ilə Rusiya arasında münasibətlər bu il yanvarın 21-də gərginləşib. Həmin gün Londonda Rusiya FTX-nin keçmiş əməkdaşı Alexander Litvinenko-nun 2006-cı ildəki qətli ilə bağlı təhqiqatın nəticələri açıqlanıb. Həmin araşdırmaya görə, Litvinenko-nun aradan götürülməsi əməliyyatına şəxsən Rusiya prezidenti Vladimir Putin göstəriş verə bilərdi.

D.Cameron bu məlumatları «qorxunc» adlandırıb. Onun mətbuat katibi deyib ki, Britaniya Rusiya əleyhinə müəyyən addımları nəzərdən keçirir.

Suriya ilə bağlı danışıqlar Cenevrədə yanvarın 25-nə planlaşdırılıb. Görüşdə Suriya hökuməti ilə yanaşı, müxalifəti də iştirak etməlidir.

Şənbə günü ABŞ dövlət katibi John Kerry ilə Rusiya xarici işlər naziri Sergei Lavrov telefonla danışıqlara hazırlığı bir daha müzakirə ediblər.

Buna qədər Suriya müxalifətinin liderlərindən George Sabra bildirmişdi ki, Rusiya qiyamçıların mövqelərinə aviazərbələri dayandırmadan, hökumətsə bəzi bölgələrdə blokadaları götürmədən Bashar Asad rejiminin təmsilçisi ilə eyni masada oturmaları mümkün deyil.

XS
SM
MD
LG