Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:25

Hər rayon özü-özünü dolandırmalı olacaq - Əli Həsənov


Əli Həsənov
Əli Həsənov

►Dövlət büdcəsindən rayonlara dotasiyalar kəsilə bilər

“Hər il Çindən Avropaya və əksinə 300 milyon tondan çox yük daşınır. Azərbaycan bunun 10 faizini qəbul edib ötürə bilsə, əldə olunan gəlirlər çox böyük perspektivlər açacaq”

Fevralın 2-də Quba rayonunda yerli sakinlərlə görüşən prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov belə deyib.

"Petkimi özəlləşdirmişik, SOCAR dünya brendinə çevrilib"

Prezidentin köməkçisi ölkənin iqtisadi durumu ilə bağlı nikbin danışıb. “Dövlət bu gün xarici ölkələrə xeyli miqdarda kapital yatırıb. Təkcə Türkiyə iqtisadiyyatına qoyduğumuz və gələcək illərdə qoyacağımız 20 milyard dollara yaxın xarici kapital var. Bu kapital neftdən sonrakı dövrdə pul gətirəcək. Biz Türkiyədə “Petkim” müəssisəsini özəlləşdirmişik. Türkiyə kimya sənayesinin tələblərinin təxminən 75 faizi həmin zavod vasitəsilə ödəniləcək” - deyən Əli Həsənova görə, SOCAR artıq dünyada əsas neft brendlərindən birinə çevrilib. SOCAR-ın yaratdığı müəsisələr Azərbaycan üçün çox böyük əlavə imkanlar yaradır.

Buna da bax: Zorla köçürülən sakinlər: "30 min manata necə ev alaq?"

"Rayonlar dövlətin dotasiyasından çıxarıla bilər"

Prezidentin köməkçisi Azərbaycanın rayonlarının əksəriyyətinin dövlətin dotasiyasından çıxarıla biləcəyinin anonsunu da verib.

“Quba böyük, işlək əhalisi, münbit torpağı, dənizə çıxışı olan rayondur. Bu rayon niyə dövlətin dotasiyasında olmalıdır? Azərbaycan rayonlarının 90 faizi dövlətin dotasiyasında oturub mərkəzdən maliyyələşdirilir. Bu sonsuza kimi davam edə bilməz. Dövlət ancaq zəruri məsələlərin maliyyə təminatını öz üzərində saxlamalıdır. Rayonlar isə öz potensiallarından tam istifadə edərək, yavaş-yavaş dotasiyadan çıxmalıdır”.

Prezidentin köməkçisi hər rayon, hər bölgə, hər kənd, hər qəsəbə, hər vətəndaşı təşəbbüslərlə çıxış etməyə çağırıb. (Ardı aşağıda)

Mərkəzi Bankın kisəsində 4,5 milyard qaldı
Gözlə

No media source currently available

0:00 0:14:50 0:00

Buna da bax: Təyyarə məcburi eniş edib, ölən var

İnkişafa mane olan strukturlar ləğv olunacaq

2016-cı ildə çox ciddi iqtisadi və siyasi islahatların həyata keçiriləcəyini deyən Əli Həsənov siyasi islahatlar bəlli olduğunu bildirib. Onun sözlərinə görə idarəetmədə struktur dəyişiklikləri olacaq, inkişafa mane olan, bir-birini təkrarlayan, səmərəsiz işləyən strukturlar ya ləğv olunacaq, ya da onların fəaliyyəti təkmilləşdiriləcək.

“Mərkəzdən hər bir rayonun sosial-iqtisadi inkişafı üçün ayrıca xətt ayırsa, bu tam olmayacaq. Tamlıq üçün yerlərdən təşəbbüslər gəlməlidir. Yerli icra strukturları, bələdiyyələr, digər qurumlar, həmçinin rayonlardan seçilmiş millət vəkilləri bu işə dəstək verməlidirlər. Ölkə iqtisadiyyatının ümumi inkişafı üçün hər bir rayon özünün potensialını işə salmalıdır“ - deyə Əli Həsənov qeyd edib. (Ardı aşağıda)

Rəsmi statistika: "2015-ci ildə 40 min iş yeri bağlanıb, 100 mini yeni açılıb"
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

"Hökumət mümkün olan hər şeyi edib"

Əli Həsənov neft bumu dövründə hökumətin ölkənin gələcəyi, inkişafı üçün mümkün olan bütün addımları atdığını deyib.

“Biz keçən müddət ərzində böyük pullardan istifadə edərək Azərbaycanda müasir cəmiyyət, güclü iqtisadiyyat quruculuğu sahəsində və gələcək inkişafımızı təmin etmək üçün lazım olan hər şeyi etmişik. 2008-ci ildə Azərbaycan ümumdünya iqtisadi böhranı hiss etmədi, lakin bu böhranın 2015-ci ildə başlanan ikinci dalğası, xüsusilə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bütün dünya ölkələrinə, o cümlədən də Azərbaycana öz təsirini göstərir. Bununla yanaşı, hətta belə bir şəraitdə ötən il bizim iqtisadiyyatımız 1,1 faiz artıb, qeyri-neft sənayesində isə artın 8,4 faiz təşkil edib. Bu o deməkdir ki, Azərbaycan öz iqtisadiyyatını şaxələndirib, onun dayanıqlığını, davamlı və dinamik inkişafını təmin edib, bütün iqtisadi və sosial resursların istifadə strategiyasını düzgün müəyyənləşdirib“ - deyən Əli Həsənov qiymətindən asılı olmayaraq, neftin Azərbaycanın dünya və Qərblə əlaqələrinin şah damarını təşkil etdiyini vurğulayıb.

Buna da bax: "Kaspar"ın keçmiş sədr müavininin pensiya davası

"Yerlərdə müxalif hərəkatların heç bir perspektivi yoxdur"

Prezidentin köməkçisi ölkədə son aylarda iqtisadi çətinliklər fonunda baş verən etiraz aksiyalarına da toxunub. O, yerlərdə müxalif hərəkatların heç bir perspektivinin olmadığını vurğulayıb. "...Yerlərdə hakimiyyətə qarşı müxalifət hərəkətlərinin heç bir perspektivi yoxdur. Hakimiyyət dayanıqlıdır, ona etiraz edənlər heç bir sosial dayağa malik deyillər. Sosial dayaq hər bir hakimiyyətin gücüdür. Dövlət və prezident belə hesab edir ki, Azərbaycan vətəndaşlarının həll olunmaz problemləri qalmamalıdır. Azərbaycanda işsiz, sosial ehtiyac hissi yaşayan vətəndaş olmamalıdır" - Əli Həsənov deyib.

Bir neçə müxalifət partiyasının, tanınmış ictimai fiqurların birləşdiyi Milli Strateji Düşüncə Mərkəzi fevralın 2-də xalqa müraciətində ölkədə ağır iqtisadi-siyasi böhran yarandığını bəyan edib. Mərkəz hökuməti təcili konstitusiya dəyişikliyinə, növbədənkənar parlament və prezidnet seçkiləri keçirməyə çağırıb.

XS
SM
MD
LG