Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:33

Fuad Ələsgərov etiraz aksiyalarından danışdı


Fuad Ələsgərov
Fuad Ələsgərov

-

«Keçən il dünyada iqtisadiyyatın tənəzzül ili kimi yadda qalıb. Neftin qiyməti dünya bazarlarında kəskin şəkildə, 3-4 dəfə aşağı düşüb. Neft ixrac edən dövlətlər isə belə mübarizələrdən əziyyət çəkir».

Bunu Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov fevralın 6-da Masallı rayonu sakinləri ilə görüşündə deyib.

Xəbəri AZƏRTAC yayıb.

F.Ələsgərov qeyd edib ki, iqtisadi böhran nəticəsində Azərbaycanla qonşu olan ölkələrdə milli valyutalar 100 faizdən çox devalvasiyaya uğrayıb. Bu Azərbaycandan təsirsiz ötüşməyib..

F.Ələsgərov deyib ki, böhranın təsirinin minimuma endirilməsi üçün Azərbaycanın dövlət başçısı bütün mümkün addımları atır.

Administrasiya yetkilisi iqtisadi göstəricilərin düşməsi fonunda bəzi rayonlarda baş verən etiraz aksiyaların arxasında da ölkədəki sabitliyi pozmaq istəyən qüvvələrin durmasına işarə vurub.

«İstər daxildə, istərsə də xaricdə Azərbaycanda yarana biləcək xırda narazılıqdan ölkədə sabitliyi pozmaq üçün istifadə etməyə çalışan qüvvələr mövcuddur. Xüsusilə, bir sıra müxalifət partiyaları və radikal dindarlar manatın devalvasiyasından sonra yaranmış vəziyyətdən istifadə edərək lokal etirazlar yaratmağa cəhd göstərdilər. Lakin Azərbaycan xalqı belə qüvvələrin yanında olmadığını bir daha nümayiş etdirdi. Heç kəs bu hadisələrin bir daha təkrarlanmasını istəmir. Buna görə də ölkədə sabitliyi pozmağa yönələn bütün cəhdlərin qarşısı qətiyyətlə alınacaq» - deyə F.Ələgərov bildirib.

XS
SM
MD
LG