Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:52

Erdoğan Rusiyaya:"Suriyada nə işin var?"


 Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

“Əgər qapımıza sığınıblarsa, başqa çarələri də yoxdursa, yenə Türkiyə qardaşlarımızı sərhəddən içəri buraxacaq”.

Bunu fevralın 7-də Türkiyə prezidenti Receb Tayyip Erdoğan Hələbdən qaçıb Türkiyə sərhədinə sığınan suriyalı qaçqınlarla bağlı deyib.

Erdoğan Hələbdən 70 min adamın ev-eşiyini tərk edəcəyini, Türkiyənin buna göz yuma bilməyəcəyini bildirib: “Hələbin bir hissəsində rejim qüvvələri yolu kəsib, cənubdan şimala keçmək artıq mümkün deyil”.

Erdoğan Türkiyənin də təhdid altında olduğunu bildirib: “Türkiyənin 911 kilometrlik sərhədi təhlükə altındadır. Əlbəttə, tədbir görəcəyik. Özümüzü müdafiə etmək üçün həmişə hazırlılı olmaq məcburiyyətindəyik. Həm də orda bizim soydaşlarımız da var”.

Erdoğan Rusiyanın ünvanına bu sözləri də deyib: “Sənin Suriyada nə işin var? Demək ki, işğalçısan, dinc sakinləri öldürürsən".

Türkiyə baş nazrinin müavini Numan Kurtulmuş isə Hələbdən Türkiyəyə 1 milyona yaxın qaçqının gələ biləcəyini bildirib.

Suriya ordusu Rusiya hərbi təyyarələrinin yardımı ilə fevralın 1-dən Hələbin şimalına hücuma keçib. Bundan sonra onlarla dinc sakin bomabrdman qurbanı olub, yüz minlərlə insan ev-eşiyindən didərgin düşüb. Türkiyə sərhədinə 30 mindən çox suriyalının sığındığı bildirilir. Onların arasında türkmənlər də var.

XS
SM
MD
LG