Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:27

Bloomberg: «Neft daha bir sülaləni titrədir»


Bakıda Heydər Əliyevin portreti.
Bakıda Heydər Əliyevin portreti.

-

«Ötən il Azərbaycanın valyuta ehtiyatlarının azalması və manatın iki dəfə devalvasiyaya uğraması bu neftdənasılı asılı ölkəni sərt sınağa çəkdi. Uzun zamandan bəri ölkəni yönəldən liderin iqtisadi və siyasi çətinlikləri hələ indi başlanır». Bunu «Bloomberg» agentliyinin saytında Balazs Penz yazır.

Müəllif vurğulayır ki, prezident İlham Əliyev nabələd bir sahəyə girib, manat ötən ilin ən pis valyutası elan olunub. Ailəsi 40 ildən çoxdur bu ölkəni idarə edir. Ancaq qiymətlər birdən qalxdığından o, 10 ili aşan idarəçiliyi dönəmində ən böyük narazılıqla üzləşir: «Azərbaycandakı çığır-bağır və narazılıq neft ucuzlaşdıqca, ona tapınan sülalələrin problemlərini göstərir».

«Economist Intelligence Unit» təşkilatının Azərbaycan üzrə təhlilçisi Alex Nice eyni mövzuya toxunur: «Prezidentin belə böhranı çözmək təcrübəsi yoxdur. O, həyat standartı və maaşların ilbəil yüksəlməsinə alışıb... Neftdən asılılıq Səudiyyə Ərəbistanını xatırladır, ancaq Azərbaycanın suveren ehtiyatları daha kiçikdir».

«Standard&Poor’s» reytinq agentliyi bu il ölkədə inflyasiyanın 15 faizi haqlayacağını düşünür, çünki ərzaq və idxal mallarının qiyməti kəskin qalxıb.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

«KÖKƏ VƏ KÖTƏK»

Müəllif qeyd edir ki, prezident düzəni qorumaq üçün «kökə və kötək» yanaşmasından yararlanır. Etirazların nadir hadisə sayıldığı, razılaşdırılmayan aksiyalara yüksək cərimələrin kəsildiyi bir ölkədə etirazçıların üzərinə çevik polis göndərilir, «dini radikallar» və dünyəvi müxalifətsə təşkilatçılıqda suçlanır. Ötən cümə Gəncədəki əmək yarmarkasında minlərlə sakin iş tələb edib.

Yazıda maaş və pensiyaları artırmaq üçün prezident İlham Əliyevin 20-dən çox sərəncam imzaladığına diqqət çəkilir, ancaq bütün bunların elə bir fayda verməyəcəyi vurğulanır. Axı bu il ölkədə ÜDM-in 1 faiz azalacağı gözlənilir.

«Azərbaycanda neft erasının bitdiyini anlamalıyıq. Manatı ona görə müdafiə edə bilmirik ki, vaxtında iqtisadiyyatı şaxələndirməyi bacarmadıq», - Duke Universitetinə Azərbaycandan gəlmiş iqtisadiyyat professoru Qubad İbadoğlu belə deyir.

Londonda «Oxford Economics Ltd.»nin qlobal makroaraşdırma rəhbəri Gabriel Sterne isə düşünür ki, valyutanın dəyərsizləşməsi məsələnin ancaq bir tərəfidir və etirazları yalnız buna bağlamaq düzgün deyil: «Əsl səbəb maliyyə durumunun pisləşməsi və pis idarəçilikdir. Dəyərsizləşmə, sadəcə, bir simptomdur».

EHTİYATLAR VAR

Yazıda korrupsiyanın bir bəla olduğunu prezident Əliyevin də söylədiyi xatırladılır. Azərbaycan «Transparency International»ın korrupsiya indeksində 168 ölkə arasında 119-cu yeri tutur. Prezident heç kəsin toxunulmaz olmadığını söyləyib, milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb, qurumun yüksək vəzifəli şəxslərinə korrupsiya ittihamları irəli sürülüb.

«Fitch Ratings»in təhlilçisi Krisjanis Krustins-in fikrincə:

Qarabağda erməni hərbçisi.
Qarabağda erməni hərbçisi.

«İqtisadi baxımdan, Azərbaycanın... ehtiyatları var. 4.4 milyard dollarlıq ehtiyatdan başqa, dekabrın 1-nə olan məlumata görə, Neft Fondunda 33.6 milyard dollar var. Manatın devalvasiyasından sonra bu, 2015-ci il ÜDM-inin 100 faizinə bərabərdir... Hələlik, devalvasiyalardan bəri büdcəni balanslaşdırmaq mümkün olub. Valyutanın müdafiəsinə hökumətin yetərli resursları var». Müəllifin qənaətincə, ən çətin məsələ siyasi sistemi saxlamaqdır, çünki elə bu günlərdə polis Sumqayıtda satıcıların etirazını yatırıb. Karneqi Fondunun aparıcı əməkdaşı Thomas de Waal da ötən ay yazırdı ki, Əliyevin «narazı vətəndaşları ələ alması çətinləşə bilər».

«ODUNDAĞ»IN ÖNƏMİ

«Stratfor» Araşdırmalar Mərkəzi yazır ki, Azərbaycan-Ermənistan sərhədindəki kiçik toqquşmalar gözardı olunmamalıdır:

«Ötən ilin sonunda Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş bölgəsi arasında atışmalar gücləndi. Sərhədin bu hissəsində relyef mürəkkəbdir, minalar ərazini lap təhlükəli edir. Mövcud nəqliyyat dəhlizləri vaxtaşırı monitorinq olunur, ancaq tərəflər tez-tez bir-birinə hədə-qorxu gəlir, bəzən də digərinin sərhəd ərazisini tuturlar».

Yazıda vurğulanır ki, dekabrın sonu, yanvarın əvvəlində də oxşar hadisə baş verib. Azərbaycan əsgərləri Tavuşun şimalında erməni qüvvələrinə qarşı manevr ediblər. Bu toqquşmalar münaqişənin birbaşa komponenti olmadığına görə, monitorinq qurumları onları nadir hallarda izləyir:

«Azərbaycan ordusu Odundağ yüksəkliyində postunu bərpa etdiyini bildirib. Regiondan gələn xəbərlər də bu iddianı təsdiqləyənə bənzəyir. Azərbaycanın, əslində, o mövqedən niyə çəkildiyi də aydın deyil. Amma Ermənistan Qazağa gedən təchizat xətlərini kəsməklə Azərbaycan əsgərlərini geri çəkilməyə məcbur etmək istəyirdi. Azərbaycan ordusunun öz mövqeyini gücləndirdiyi barədə bilgilər var. Bu yüksəklik ətrafdakı ərazilərə nəzarət baxımından vacibdir. Ən əsası, post Ermənistanın H26/M1 magistralına nəzarət imkanı verir... Bu strateji mövqe Azərbaycan-Ermənistan münaqişəsində, kiçik də olsa, bir dəyişiklik yarada bilər».

XS
SM
MD
LG