Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:59

Borcu pulla yox, duayla ödəməyə icazə verildi


►Nijni Novqorod yeparxiyasının bir şirkətə 300 min rubl borcu var. Əli isə aşağıdır. Məhkəmə borcun pulla yox, dualar şəklində qaytarılmasına icazə verib.

Nijni novqorodlu iş adamları Rusiya məhkəmə tarixində yeni presedent yaradıblar.

Nijni Novqorod yeparxiyası bu yaxınlarda şəhərin düz mərkəzində yeni əldə etdiyi kilsə binasının təmirini bir yerli şirkətə sifariş edib. Şirkətlə 916000 rubl (11540 dollar) dəyərində müqavilə imzalanıb. "Era" MMC şirkəti tələb olunan işi yerinə yetirsə də, kilsə nədənsə məbləğin yalnız yarısını ödəyib. Şirkət kilsəni məhkəməyə verib. Ancaq iş məhkəmə çəkişməsinə qədər gedib çıxmayıb.

Şirkətin nümayəndəsi "Komsomolskaya Pravda" nəşrinə deyib ki, şirkət bu vaxta qədər yeparxiya ilə əməkdaşlıq edib və ödəmə ilə bağlı heç bir problem yaşamayıb. Ona görə də məsələni dinc yolla həll etmək üçün ələ düşən ilk fürsətdən yararlanmaq qərarına gəlib.

Artıq ilk məhkəmə iclasına qədər tərəflər razılığa gəliblər. Belə ki, məbləğin 200 min rublunu kilsə "canlı" pulla, cərimələr və vergilər də nəzərə alınmaqla qalan 320 min rublu (4032 dollar) isə dualar "şəklində" ödəyəcək.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Məhkəmənin qərarında bu belə ifadə olunub:

"Cavabdeh həmçinin Allahın qulu Arsenyev İvan Mixayloviçin (şirkətin baş direktoru - red.) və Allahın qulu Lepustin Sergey Aleksandroviçin (şirkətin texniki direktoru), onların ailələrinin sağlığı, onların bütün işlərinin və niyyətlərinin xeyirli olması üçün dualar oxumağı vəd edir."

İllüstrasiya
İllüstrasiya

​Yeparxiyanın rəsmisi jurnalistlərə deyib ki, "Era" MMC-nin özü kilsəyə belə bir təşəbbüslə müraciət edib.

Jurnalistin "Onlar üçün nə qədər vaxt dua oxunacaq?" sualına kilsə rəsmisi belə cavab verib:

"Bu, çətin sualdır. Biz bu adamlara minnətdarıq. Biz bunun bir, iki, yaxud üç il olduğunu necə müəyyən edə bilərik? Bizdə "əbədi anma" anlayışı var. Güman ki, belə olacaq."

Bu yeni presedent Nijni Novqorod şəhərində səs-küylə qarşılanıb.

"Komsomolskaya Pravda" yazır ki, şəhər əhli artıq belə bir ödəmə sisteminin hər yerdə tətbiq olunmasını təklif etməyə və hətta ipoteka borclarını ödəmək üçün banklar üçün nə qədər dua oxunmalı olduğunu hesablamağa başlayıb.

Amerika məscidləri Ramazana belə hazırlaşır
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

XS
SM
MD
LG