Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:46

Şirvanlılar iş tələb edir


Məşğulluq İdarəsi binasının qarşısı
Məşğulluq İdarəsi binasının qarşısı

-

Fevralın 15-də Şirvan şəhər sakinləri iş tələbi ilə yerli Məşğulluq İdarəsinin binasının qarşısına toplaşıblar.

Bu haqda Müsavat Partiyasının Şirvan rayon təşkilatının sədri Əlikram Xurşidov öz Facebook səhifəsində məlumat yayıb.

Əlikram Xurşidov bildirib ki, insanlar iş tələbi ilə hər gün məşğulluq idarəsinin önünə toplaşırlar.

«Bir həftə əvvəl müdafiə sənayesi naziri Yavər Camalov vətəndaşlarla görüşmüşdü. Şirvan şəhərindəki Mədəniyyət evində keçirilən görüşdə insanlara işlə təmin olunacaqları vəd verilmişdi. İndi 500-ə yaxın həmin işsiz insan Məşğulluq İdarəsinin qarşısına yığışaraq bu vədə əməl olunmasını tələb edirlər» – deyə Ə.Xurşidov bildirib.

XS
SM
MD
LG