Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:07

Azərbaycan İrandan sərmayə gözləyir


Foto illüstrasiya
Foto illüstrasiya

-

İranın Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayələrin həcmi təqribən 1.2 milyard dollardır. Bu vəsaitin böyük hissəsi neft sektoruna qoyulan investisiyalardır.

«Trend»in xəbərinə görə, iqtisadiyyat nazirinin müavini Sahil Babayev belə söyləyib.

Nazir müavini İrandan qeyri-neft sektoruna sərmayələr gözlədiklərini deyib: «Azərbaycanın qeyri-neft sektoruna qoyulan İran sərmayələrinin həcmi cəmi 150 milyon dollardır. Buna görə də, Azərbaycan və İranın qeyri-neft sahəsində əlaqələrin inkişafında böyük potensialı var», - deyə nazir müavini bildirib.

Azərbaycan prezidenti İlham Əliyev fevralın 23-də İran İslam Respublikasında səfərdə olub. Bu səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair 11 sənəd imzalanıb.

XS
SM
MD
LG