Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:28

«AMAY Abdulla»nın işinə baxılacaq


Abdulla Abdullayev
Abdulla Abdullayev

-

«A.M.A.Y» Ticarət Mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev bəraət istəyir. A.Abdullayevin kassasiya şikayətinə martın 2-də Ali Məhkəmədə baxılacaq.

Bu haqda onun vəkili Osman Kazımov APA-ya bildirib.

Şikayətə İlham Cəfərovun sədrlik etdiyi hakim heyəti baxacaq.

2014-cü il aprelin 4-də həbs olunan Abdulla Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan keçmiş işçilərindən Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov və Vidadi Qurbanovun hər birinə 9 il, Nadejda İlyasovaya isə 8 il şərti cəza verilib. Onlar dələduzluq, mənimsəmə kimi əməllərdə təqsirləndirilir.

Vəkil Osman Kazımov A.Abdullayev barəsində çıxarılan məhkəmə qərarını qanunsuz və əsassız hesab edir.

XS
SM
MD
LG