Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:50

Razılaşdılar. Gürcüstana əlavə qaz veriləcək


Qaz
Qaz

-

SOCAR-la Gürcüstan hökuməti arasında Azərbaycandan nəql olunan qazın həcminin artırılması ilə bağlı danışıqlar razılaşma sazişlərinin imzalanması ilə yekunlaşıb.

Martın 4-də Tbilisidə SOCAR-la Gürcüstan hökuməti arasında qaz nəqli ilə bağlı 4 sənəd imzalanıb.

«Report»un xəbərinə görə, SOCAR Gürcüstana 463 milyon kubmetr həcmində əlavə təbii qaz tədarük edəcək.

Qaz tədarükü ilə bağlı müqaviləyə edilən dəyişiklikləri SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstanın energetika naziri Kakha Kaladze imzalayıb.

SOCAR prezidenti Rövnəq Abdullayevin martın 4-də Gürcüstana səfəri başlamışdı. Gürcüstan tərəfi Azərbaycandan əlavə olaraq 500 milyon kubmetr qaz verilməsini istəyirdi.

XS
SM
MD
LG