Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:05

Rusiyanın reytinqinə yenidən baxılacaq


Moody's
Moody's

-

«Moody’s investor Services» reytinq agentliyi Rusiyanın «Ba1» səviyyəsinə düşmüş kredit reytinqinə yenidən baxır.

Dünyada neftin ucuzlaşması və iqtisadiyyatının zəifləməsi Rusiyanın yerini bu ilin sonunda «Moody’s»in reytinqində «Junk-bond» (Yüksək riskli, qeyri-investisiya səviyyəli) bölümünə salıb.

Neftin qiyməti bu ilin əvvəlindən indiyə kimi 40 faiz düşüb, hazırda bir barrel neftin ortalama qiyməti 30 dollardır.

«Moody’s»in rəsmisi Kristin Lindow deyir ki, neft bazarında qiymətlərin enməsi Rusiya iqtisadiyyatını zəiflədir və bu da onların kredit profilinə təsir edir.

Agentlik bildirir ki, neft və qaz Rusiya idxalının 60 faizini və gəlirlərin 43 faizini təşkil edir.

Lindow Rusiyanın xərclərini azaldacağına, aksiz vergilərini aşağı salacağına, büdcə kəsirini azaltmaq üçün bəzi dövlət müəssisələrini özəlləşdirəcəyinə şübhə edir. «Moody’s» güman edir ki, bunlar Moskvanı daha çox borclanmağa məcbur edəcək.

Beynəlxalq sanksiyalar nəticəsində hökumət daxili maliyyə mənbələri tapmaqda çətinlik çəkəcək və bu da «Moody’s»in Rusiyanın kredit reytinqinə yenidən baxışında ayrıca dəyərləndirmə olacaq.

«Moody’s»in ekspertləri Rusiya iqtisadiyyatında növbəti 4 il üçün orta hesabla 0.4 faiz artım gözləyirlər.

Neftin qiymətinin azalmasından zərbə alan təkcə Rusiya deyil. «Moody’s» Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Nigeriya, Anqola və BƏƏ-nin kredit reytinqini də yenidən gözdən keçirir.

XS
SM
MD
LG