Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:37

Milyarderə ölüm hökmü kəsildi


Babak Zanjani
Babak Zanjani

►Onu korrupsiyada suçlayırlar

Bazar günü İranda məhkəmə tanınmış işadamına ölüm hökmü çıxarıb.

İşadamı Babək Zəncani və onun iki köməkçisi keçmiş prezident Mahmoud Ahmadinejadın dövründə neft satışı ilə bağlı korrupsiyada, habelə çirkli pulların yuyulmasına ittiham edilir.

Zanjani "Sorinet" özəl şirkətinin sahibidir. İran mübahisəli nüvə proqramına görə bir neçə ay əvvələcən beynəlxalq sanksiyalar altında idi. Buna görə İranın dünya bazarına neft çıxarması çox çətin idi. Zanjaninin şirkəti İran hökumətinə sanksiyalardan yayınaraq neft satmağa kömək edirdi.

Beş aylıq məhkəmə prosesinin yekunu olaraq çıxarılmış bu qərardan apellyasiya şikayəti verilə bilər.

İranlı prokurorlar iddia edirlər ki, Zəncani öz şirkətləri vasitəsilə ötürülən milyardlarla dollar neft gəlirini mənimsəyib.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

İranın ədliyyə nazirliyinin idarə etdiyi xəbər saytı Zəncaninin köməkçilərinin 2015-ci ildə həbs olunmuş İran mənşəli Britaniya biznesmeni olan Mahdi Shams və təqaüddə olan işadamı Hamid Fallah Heravi olduğunu yazır. (Ardı aşağıda)

Babak Zanjani (sağdan ikinci) məhkəmə zamanı, 6 mart
Babak Zanjani (sağdan ikinci) məhkəmə zamanı, 6 mart

Zəncani 2013-cü ildə, Hassan Rouhaninin prezident seçilməsindən sonra Ahmadinejadın dövründə korrupsiya iddiası ilə bağlı sərt tədbirlərin görülməsi zamanı həbs edilib. İranın Neft Nazirliyi bildirir ki, Zəncani Ahmadinejad hökuməti adından apardığı neft satışına görə 2 milyard avrodan çox pul borcludur.

Bildirilir ki, Zəncani İranın ən zəngin işadamlarından biridir. Onun varidatı 14 milyard dollar məbləğində dəyərləndirilir.

2013-cü ildə BBC-yə verdiyi müsahibədə Zəncani demişdi ki, o, siyasətçi deyil: "Mən siyasətlə məşğul olmuram, yalnız bizneslə məşğul oluram".

İran bundan əvvəl də zəngin şəxsləri oxşar ittihamlarla ölümə məhkum edib. 2014-cü ildə İranda milyarder işadamı Mahafarid Amir Khosravi korrupsiyada ittiham olunaraq edam edilmişdi.

Buna da bax

Yuva... Cəbhə kəndindən reportaj
Gözlə

No media source currently available

0:00 0:08:41 0:00

XS
SM
MD
LG