Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:48

DİN işgəncə ittihamını qəbul etmir


►DİN Ali Mustafayevin şikayətinə cavab verdi.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə Mingəçevir sakini Ali Mustafayevin şikayətinə münasibət bildirib.

Azadlıq Radiosunun “Qaynar Xətt” verlişinə şikayət edən Ali Mustafayev polisdə işgəncələrə məruz qaldığını deyirdi:

«Mingəçevir polisində saxlandığım 7 gündə üstümə nə az, nə çox 15 dəfə çağırışla təcili yardım briqadası gəldi. Səhhətim ağırlaşdı, mənə lazım olan dərmanı vermədilər, nə iynələr vurdular, heç bilmədim. Bircə onu bilirəm ki, artıq ömürlük əlilə çevrilmişəm».

Orxan Mansurzadə deyir ki, bu məsələ ilə bağlı Migəçevir polisi ilə əlaqə saxlayıb, araşdırma aparıblar. Şöbə rəisi qeyd edir ki,bu il yanvarın 14-də saat 18 00 radələrində Alı Mustafayev Mingəçevir şəhərinin mərkəzində ictimai qaydannı kobud şəkildə pozub. Onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb:

“Məsələni Mingəçevir Şəhər Polis Şöbəsi sənədləşdirilib və A.Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Mingəçevir şəhər Məhkəməsi bu il yanvarın 16-da Alı Mustafayev barəsində 7 günlük inzibati həbs qərarı çıxarıb.”

Orxan Mansurzadənin deməsinə görə, Mingəçevir ŞPŞ-nin Müvəqqəti Saxlama Yerinə qəbul edilərkən A.Mustafayev zəruri tibbi müayinədən keçib. Burada saxlanıldığı müddətdə müraciəti əsasında bir neçə dəfə təcili yardım briqadası da çağırılıb:

“Lakin səsləndirdiyi ittihamların əksinə olaraq bütün tibbi müayinələr bu şəxsin sağlamlığında heç bir ciddi problem aşkarlamayıb. Əgər müayinələrin nəticələrinin A.Mustafayevin söylədikləri ilə yaxından-uzaqdan hər hansı formada əlaqəsi olsaydı, heş şübhəsiz ki, o zaman barəsində şəraitə uyğun adekvat addım atılardı. İnzibatihəbsin müddəti başa çatdıqdan sonra isə A.Mustafayev sərbəst buraxılıb.”

Orxan Mansurzadə qeyd edir ki,Ali Mustafayev barəsində görülən bütün tədbirlər qanunvericiliyin tələblərinə ciddi riayət edilməklə həyata keçirilib:

“Ona görə bu şəxsin polisə qarşı səsləndirdiyi ittihamların heç bir hüquqi əsası yoxdur.”

XS
SM
MD
LG