Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:56

Döşəməsiz, ərzaqsız, uşaqsız bağçası


Illüstrasiya
Illüstrasiya

►“Siçovullar adamın ayağının altından qaçır”

“Bağçanın qapısından içəri keçmək mümkün deyil. Dəhlizdən kif, rütubət iyi gəlir. Kənddəki neçə uşaq o bağçaya gedəni revmatizmə tutulub. Deyirlər, “ərzaq- filan yoxdur. Evdən uşaqlarınıza yemək gətirin””.

Beyləqanın Yuxarı Aran kəndində yaşayan Səadət Paşayeva kənddəki uşaq bağçasının vəziyyətindən danışır.

Deyir, həyat yoldaşı fəhləlik edir, özü də iş tapıb.

Ancaq nə kənddə, nə də kəndə yaxın ərazidə normal bağça tapılmır ki, üç azyaşlı övladını arxayınlıqla həmin bağçaya qoyub işə getsin:

“O bağçada uşaq vərəmə tutular. Yerə köhnə, iylənmiş bir palaz səriblər. Qaldırırsan, görürsən ki, döşəmələr sınıq-sınıq. Siçovullar adamın ayağının altından qaçır. Çarpayıları görsəniz – sınıq-sınıq, köhnə... Yorğan-döşək iy verir. Bir sözlə, iyrənclikdir”.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Uşaq bağçasının adının çəkilməsini istəməyən tərbiyəçisi də müəssisədəki vəziyyətin acınacaqlı olduğunu təsdiqləyir:

“Bu soyuq, təmirsiz bağçaya uşaq necə gəlsin? Soyuducu boşdur, bağçada ərzaq yoxdur. Uşaq gəlir, ac qalır. Valideyn deyir, “uşağa isti yemək gətirənəmsə, elə evimdə saxlayaram”. Burda nəinki isti yemək, heç quru peçenye de tapılmır uşağa yedirtməyə”.

TƏMİR PLANLAŞDIRILIR

Ancaq bu kəndin təkcə bağçası yox, məktəbi də eyni vəziyyətdədir. Sakinlər təmirsiz və soyuq məktəbə əncam çəkilməsindən ötrü dəfələrlə dövlət qurumlarına müraciət ediblər.

Beyləqanın icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, kənddəki uşaq bağçası və məktəb binasının təmiri planlaşdırılır.

Sakinlər deyir, məktəbdə tədris üçün şərait olmadığından məktəblilərin davamiyyəti də aşağı səviyyədədir. Rayon icra hakimiyyəti isə sakinlərin narahatlığına tezliklə son qoyulacağını bildirir.

XS
SM
MD
LG