Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:40

Ağ Evin qarşısında piket keçirilib (Foto və videolar)


Ağ Evin qarşısında piket keçirilib
Ağ Evin qarşısında piket keçirilib

-

Martın 31-də Vaşinqtonda azərbaycanlı və amerikalılardan ibarət bu qrup fəal Ağ Evin qarşısında piket keçirib. "Amerikanın Səsi"nin verdiyi məlumata görə, Nüvə Təhlükəsizliyi Sammiti başlayan ərəfədə keçirilən aksiyada “Xədicəni Azad Edin!”, “Azərbaycan daha yaxşısına layiqdir!” kimi plakatlar qaldırılıb və şüarlar səsləndirilib.

Aksiya Azərbaycan prezidenti İlham Əliyev də daxil olmaqla, 50-dən çox ölkə liderinin dəvət edildiyi Ağ Evdə təşkil olunan işgüzar naharın başlanması vaxtı keçirilib.

Piketin təşkilatçılarından Arzu Qeybulla Amerikanın Səsinə açıqlamasında bildirib ki, onlar Ağ Evin qarşısına Azərbaycanda həbsdə olan digər siyasi məhbusların azadlığını tələb etmək üçün toplaşıblar: “Burada olmağımın səbəbi Xədicə İsmayıla, İlqar Məmmədova və həbsdə olan bütün digər haqsız yerə həbs olunan siyasi məhbuslara azadlıq tələb etməkdir. Ümid edirəm ki, bizim buradakı istəklərimiz və çağırışlarımız nəyəsə gətirib çıxaracaq”

Ağ Evin qarşısında aksiya
Gözlə

No media source currently available

0:00 0:00:32 0:00

Ağ Evin qarşısında piketdən görüntü
Ağ Evin qarşısında piketdən görüntü

Prezident İlham Əliyevin ABŞ-a bu səfəri ərəfəsində Azərbaycanda əfv sərəncamı və məhkəmə qərarları ilə siyasi məhbus hesab edilən şəxslərdən 16 nəfəri azadlığa buraxılıb. Amma insan haqları fəalları hələ də həbsdə çox sayda siyasi məhbus olduğunu deyirlər. Azərbaycan hakimiyyət təmsilçiləri isə ölkədə siyasi məhbus olması barədə ittihamları rədd edirlər.

Ağ Evin qarşısında aksiyadan görüntü
Ağ Evin qarşısında aksiyadan görüntü

Azərbaycan prezidenti Vaşinqtona səfəri zamanı ABŞ Dövlət Departamentində dövlət katibi John Kerry ilə görüşüb. Görüşdən sonra verilən bəyanatlarda heç bir lider Azərbaycanda demokratiya və siyasi məhbus problemi barədə söz açmayıb. Buna baxmayaraq bir çox beynəlxalq təşkilat hələ də ölkədə onlarla siyasi məhbusun olduğunu bildirir.

Azərbaycan prezidenti İlham Əliyevin martın 31-də ABŞ-ın vitse-prezidenti Joe Biden-lə də görüşüb. Rəsmi qaynaqlardan verilən məlumata görə bu görüşdə ABŞ-ın vitse-prezidenti ölkəsinin ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib.

XS
SM
MD
LG